Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı

Tarix: 17-05-2024 20:54     Baxış: 3309 A- / A+
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdıMoskvanın cənub-şərqindəki Bratislavskaya küçəsindəki mənzildə dəhşətli qətl hadisəsi baş verib.

İlkin məlumata görə, 30 yaşlı Fərid Fəttahov tanınmış iş adamı olan atası, 69 yaşlı Əşrəf Fəttahovu məişət zorakılığı zəminində qətlə yetirib.

Mərhum Moskva Dövlət Universitetinin fizika fakültəsinin məzunu, müxtəlif vaxtlarda "Egvekinot" dəniz limanının, "Spetsstroyexploitation" şirkətlərinin və Ural Geoloji Ekspedisiyasının direktorlar şurasının sədri olub. Fəttahov həm də Mərkəzi Elmi-Tədqiqat Metallurgiya və Materiallar İnstitutunun, eləcə də "Qazprom"un Bryansk filialının direktorlar şurasının üzvü olub.

Oğul atasını döyərək öldürüb, sonra isə intihara cəhd edib. Gənc cümə günü səhər saat 04:50-də yaşadığı mənzilin pəncərələri altında tapılıb. O, xəstəxanaya aparılıb. Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları mənzili açıb və atanın meyitini aşkarlayıblar.

İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin rəisinin böyük köməkçisi Yuliya İvanovanın məlumatına görə, paytaxt İstintaq Komitəsinin müstəntiqləri hadisə yerində işləyir. İnsidentin bütün halların müəyyənləşdirilməsinə yönəlmiş yoxlama işləri aparırlar. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar