Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Deputatın qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Tarix: 16-05-2024 17:35     Baxış: 3160 A- / A+


Dələduzluq, vəzifəli şəxsin səlahiyyətini mənimsəmə və digər cinayətlərdə ittiham olunan Azərbaycan Milli Elmlər Akademiyasının Həmkarlar İttifaqının sədr müavini, 64 yaşlı Raya Nəcəfovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Manevr.az teleqraf.com-a istinadla xəbər verir ki, Raya Nəcəfovanın cinayət işinə Yasamal Rayon Məhkəməsində, hakim Rauf Daşdəmirovun sədrliyi ilə baxılır.
İttihama görə, cinayət işi üzrə Aynur Niftəliyeva, Natəvan Allahverdiyeva, Arzu Fəttahova, Əmin Hacıməmmədov, Ceyran İsayeva, Tural Yusifov, Gülər Musayeva, Sevinc Qayıbova, Pərvanə Nəcəfova, Lətafət Qurbanova və Vəli Səfərov zərərçəkmiş qismində tanınıblar.
İstintaq sənədlərində qeyd olunub ki, Raya Nəcəfova zərərçəkmişləri Mədəniyyət Nazirliyi, Elmlər Akademiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Sənayesi Nazirliyinə qədər müxtəlif dövlət qurumlarına işə düzəltmək adı ilə aldadıb, onların pullarını ələ keçirib.
Qeyd edək ki, Raya Nəcəfova həm də Neft-Kimya Prosesləri İnstitutunda baş elmi işçidir. Onun barəsində olan cinayət işinin istintaqı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılıb.
İstintaq orqanı tərəfindən Raya Nəcəfovanın barəsində Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq törətmək) və 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələrilə ittiham elan edilib.
İş üzrə ifadə verən Raya Nəcəfova özünü təqsirli bilməyib. O, heç kimdən işə düzəltmək adı ilə pul almadığını deyib.
Zərərçəkən Aynur Niftəliyeva bildirib ki, ona ya Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində, ya da Elmlər Akademiyasında yüksək maaşlı iş vədi verilib. Onun sözlərinə görə, bu işin alınması üçün ondan 42 min 500 manat alınıb.
Raya Nəcəfova isə deyib ki, bu yalandır, Aynur Niftəliyevadan cəmi 13 min manat sələmlə pul götürüb və bunu da sonradan artıqlaması ilə qaytarıb.
Digər zərərçəkmiş Sevinc Qayıbova bildirib ki, Raya Nəcəfovaya şəxsən Elmlər Akademiyasının binasındakı kabinetində pul verib. O bildirib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetindən kimya müəllimliyi ixtisası üzrə məzun olub. Qeyd edib ki, ona Müdafiə Sənayesi Nazirliyi, yaxud da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işlə təmin olunacağı deyilib.
Zərərçəkmişin sözlərinə görə, işə düzəlməsi üçün Raya Nəcəfovaya 12 min manat verib: “8 min manatı onun kartına göndərmişəm, 4 mini isə kabinetində özünə vermişəm. Dedi ki, 40 günə iş əmri veriləcək. Bir müddət sonra özünü Xanlar müəllim kimi təqdim edən bir nəfər zəng elədi ki, Müdafiə Sənayesi Nazirliyi alınmır, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə düzəldəcək. Mən də onunla razılaşdım. Vaxt keçdikcə, aldadıldığıma əmin oldum və prokurorluğa şikayət etdim.
Raya Nəcəfova isə deyib ki, Sevinc Qayıbovanın aldadılmasında onun yox, Xanlar Nəsirovun günahı var. Onun sözlərinə görə, əvvəllər Azərbaycan Beynəlxalq Universitetinin prorektoru olmuş Xanlar Nəsirov tanışları vasitəsilə Sevinc Qayıbovanı nazirliklərdən birinə işə düzəldəcəyini deyib. Ondan alınmış pul da Xanlar Nəsirova çatıb.
Raya Nəcəfova digər zərərçəkmişlərin aldanmasında da başqa adamların günahı olduğunu bildirib.
Məhkəmədə zərərçəkmişlərdən bir neçəsi Raya Nəcəfova ilə barışmadığını vurğulayıb və onun həbs edilərək cəzalandırılmasını tələb ediblər.
Növbəti proses mayın 30-da davam edəcək.
Qeyd edək ki, Raya Nəcəfova Milli Məclisin deputatı Ülvi Quliyevin qudasıdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar