Sizin Reklam Burada
Xəbər lenti
05-08-2026
04-08-2026
BÜTÜN XƏBƏRLƏR

Bakı metrosunda sərnişinin halı pisləşdi, qatar yubandı

Tarix: 15-05-2024 18:37     Baxış: 4251 A- / A+
“Yaşıl xətt” üzrə "Nizami" metro stansiyasından "28 May" stansiyası istiqamətində hərəkətə başlayan qatarın maşinistinə salonda bir sərnişinin halının pisləşməsi barədə məlumat verilib və qatarın dayandırılması tələb olunub.
Manevr.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, maşinist qatarı təcili əyləcləmə edərək dayandırıb. Sərnişinlər vaqonun qapılarının "qəza-açma kranı"ndan istifadə edərək sərnişini platformaya çıxarıblar. Maşinist məcburi qaydada sonuncu vaqona qədər gedərək, "qəza-açma kranı"nı yerinə qaytarıb və kabinaya dönərək hərəkəti bərpa edib.
Nəticədə, 10 dəqiqə yubanma yaranıb. Hazırda yubanmanın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.
Halı pisləşən gənc xanıma "Nizami" stansiyasında dərhal ilkin yardım göstərilməklə təcili tibbi yardım xidməti dəvət edilib. Tibbi yardım göstərildikdən sonra xanım sərnişin ailə üzvü ilə birlikdə yoluna davam edib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar