Xəbər lenti
Türkiyədə azərbaycanlıları qətlə yetirən şəxslə bağlı – Qərar

Gürcüstanın Apellyasiya Məhkəməsi Tiflis şəhər məhkəməsinin xüsusi amansızlıqla qətl törətməkdə ittiham olunan Elnur Antesovun ömürlük həbs cəzası ilə bağlı qərarını qüvvədə saxlayıb.
Baş Prokurorluğun məlumatına əsasən, Apellyasiya Məhkəməsi müəyyən edib ki, 2016-cı il yanvarın 28-də Türkiyənin Düzcə bölgəsində Gürcüstan vətəndaşları Elnur Antesov, Azadə Ömərova və Vüqar Quliyev ikisi Gürcüstan vətəndaşı olmaqla, üç nəfəri xüsusi amansızlıqla qətlə yetiriblər.
2016-cı ilin iyulun 8-də hüquq-mühafizə orqanlarının əməkdaşları E. Antesov, A. Ömərova və V.Quliyevi Marneuli şəhərində saxlayıblar. Onlara qarşı Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə (iki və ya daha çox şəxsin, tamah məqsədilə bir qrup şəxs və ya sifariş nəticəsində qəsdən adam öldürmə) ittiham irəli sürülüb.
Tiflis şəhər məhkəməsinin qərarı ilə V. Quliyev 15 il, A. Ömərova isə 17 il müddətinə azadlıqdan məhrum edilib.apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar