Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

“Qaziyəm” deyib şəhəri bir-birinə qatdı, saxlanıldı

Tarix: 11-05-2024 16:02     Baxış: 3392 A- / A+

Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində qaydaları kobud şəkildə pozan sürücü saxlanılıb.
Manevr.az Avtosfer.az-a istinadən xəbər verir ki, Nizami Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları dövlət qeydiyyat nişanı olmadan müxtəlif təhlükəli manevrlər edərək əks istiqamətli yola dəfələrlə çıxan sürücünü saxlamağa müvəffəq olublar.
Araşdırma zamanı 42-BT-660 dövlət nömrə nişanlı, “NAZ Lifan” markalı avtomobilin sürücüsü, Bərdə rayon sakini Vaqif Arif oğlu Hüseynovun dövlət nömrə nişanlarını çıxararaq, sayrışan işıqlardan istifadə etməkdə dəfələrlə qayda pozduğu müəyyən olunub. Həmçinin tibbi müayinədən keçirilən zaman sürücünün narkotik vasitələrin təsiri altında olduğu aşkarlanıb.
Sürücü guya qazi olduğunu iddia edərək məsuliyyətdən yayınmağa çalışıb. Nizami Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ona İnzibati Xətalar Məcəlləsinin 342.7, 327.4, 327.2, 333.1, 342.9 və 327.1-ci maddələri ilə protokol tərtib olunub. Barəsində toplanmış materiallar aidiyyəti üzrə Nizami Rayon Məhkəməsinə təqdim olunub.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar