Xəbər lenti
Azərbaycan elminə ağır itki üz verib
Respublikanın tanınmış alimi, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, professor Firudin İbrahim oğlu Məmmədov 2017-cı il iyun ayının 8-də ömrünün 81-ci ilində vəfat edib.
Firudin Məmmədov 1936-cı il iyul ayının 1-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şaxtaxtı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1953-cü ildə Azərbaycan Sənaye İnstitutunun Neft-mexanika fakültəsinə daxil olmuş və 1958-ci ildə institutu Avtomatika, telemexanika və elektrik ölçü qurğuları və cihazları ixtisası üzrə bitirib.
Əmək fəaliyyətinə 1958-ci ildən etibarən Elmi-Tədqiqat Layihə İnstitutu Neft kimya avtomatda laborant kimi başlayan Firudin Məmmədov 1961–1964-cü illərdə həmin institutda I, II dərəcəli texnik, baş texnik, III dərəcəli mühəndis, 1964–1968-ciillərdə Neft kimya avtomatda I dərəcəli mühəndis, II dərəcəli böyük mühəndis, baş elmi işçi vəzifələrində çalışıb. O, 1961-ci ildən 1964-cü ilədək çalışdığı institutun aspiranturasında təhsilini davam etdirmiş və 1967-ci ildə texnika elmləri namizədi alimlik dərəcəsi alıb. 1968-ci ildən taleyini Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt filialı, İndiki Sumqayıt Dövlət Universiteti ilə bağlayan Firudin Məmmədov 1968-1974-cü illərdə baş müəllim, dosent, dekan vəzifələrində, 1974–cü ildən indiyədək universitetdə Sənaye elektrotexnikası, Elektrik təchizatı və elektrik avadanlıqları, Elektrotexnika və Elektromexanika kafedralarında dosent, professor və kafedra müdiri vəzifələrində çalışıb.
Firudin Məmmədov 1993-cü ildə texnika elmləri doktoru elmi dərəcəsini və 1995-ci ildə professor elmi adını alıb. O, İnformatika ixtisası üzrə 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.
Professor Firudin Məmmədov Azərbaycanda İnformatika və Energetika elminin inkişafında mühüm xidmətlər göstərib. Onun uzun bir dövrü əhatə edən səmərəli elmi fəaliyyətinin başlıca istiqamətini müxtəlif texnoloji proseslərdə məlumat-ölçmə sistemləri, çoxölçülü vericilərin öyrənilməsi təşkil edib. Alimin apardığı fundamental tədqiqatlardan əldə olunan mühüm nəticələr mütəxəssislər tərəfindən yüksək dəyərləndirilib.
Firudin Məmmədov elmi yaradıcılığını pedaqoji fəaliyyəti ilə daim ahəngdar şəkildə əlaqələndirmiş və Azərbaycanın bir sıra ali təhsil ocaqlarında yüksəkixtisaslı kadrların yetişdirilməsində fəal iştirak edib. O, nüfuzlu beynəlxalq elmi simpozium, forum və konfranslardakı çıxışları ilə Azərbaycan elmini ölkənin hüdudlarından kənarda da layiqincə təmsil edib.
Firudin Məmmədov respublikamızda və xaricdə nəşr edilmiş 250-dən artıq elmi əsərin, 10-dək dərs vəsaiti və monoqrafiyanın, 30-dan çox ixtiranın müəllifidir. Alimin rəhbərliyi ilə10-dan çox fəlsəfə doktoru hazırlanıb.
Professor Firudin Məmmədovun elmi fəaliyyəti lazımınca qiymətləndirilib. Azərbaycan elminin inkişafındak ıxidmətlərinə görə o, müxtəlif fəxri ad və medallara, o cümlədən, 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Əməkdar Elm Xadimi” fəxri adına layiq görülüb.
Qocaman alim, gözəl pedaqoq və səmimi insan Firudin İbrahim oğlu Məmmədovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar