Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
20-09-2026
BÜTÜN XƏBƏRLƏR

Toy karvanında avtoxuliqanlıq edənlər həbs edildi - ŞƏKİL

Tarix: 03-05-2024 09:25     Baxış: 3423 A- / A+
Ağdamda toy karvanında avtoxuliqanlıq edən 5 sürücü inzibati məsuliyyətə cəlb edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində toy karvanında avtoxuliqanlıq hərəkətləri edərək digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükə yaradan 5 sürücü saxlanılıb.

Onların idarələrində olan avtomobillər isə müvəqqəti duracağa yerləşdirilib.

Saxlanılan sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Qərara əsasən onlardan 2 nəfər barəsində inzibati qaydada 15 sutka həbs, digərlərinə isə cərimə növündə tədbir tətbiq olunub.

Manevr.az

 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar