Sizin Reklam Burada
Xəbər lenti
23-12-2025
BÜTÜN XƏBƏRLƏR

Qaynını öldürən polis mayoru azadlığa çıxdı – Qərar

Tarix: 09-06-2017 11:03     Baxış: 3335 A- / A+
Qaynını öldürən polis mayoru azadlığa çıxdı

Bu gün Bakı Apelyasiya Məhkəməsində qaynını öldürən polis mayoru Tural Qafarovun vaxtından əvvəl azadlığa buraxılmasından prokurorluğun verdiyi protestə baxılıb.

Manevr.az xəbər verir ki, polis serjantı Zaur Əliyevi bıçaqlayaraq öldürən Tural Qafarov Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə edilib və 2010-cu ildə 12 il müddətinə azadlıqdan məhrum edilib.

2017-ci ildə Tural Qafarov vaxtından əvvəl azadlığa buraxılması barədə Qaradağ rayon məhkəməsi qərar qəbul edib. bu qərardan narazı qalan prokurorluq apelyasiya protest verib. Prokurorluq Tural Qafarovun həbsə qaytarılmasını tələb edib.

Hakimi Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə prokurorluğun protesti üzrə qərar elan edilib. Qərara görə, prokurorluğun protesti təmin edilməyib.

İttihama görə, Səbail rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru, 1979-cu il təvəllüdlü Tural Qafarov yaşadığı mənzildə ailə münaqişəsi zəminində keçmiş həyat yoldaşı Nərgiz Əliyevanın qardaşı Zaur Əliyevi bıçaqlayaraq qətlə yetirib.

Qətlə yetirilən Zaur Əliyev polis çavuşu olub.

Tural Qafarov məhkəmədə çıxış edərkən baş verən hadisədə keçmiş həyat yoldaşını günahlandırıb.

O, qaynı ilə aralarında yaranmış mübahisənin səbəbkarı kimi keçmiş həyat yoldaşını göstərib: “Nərgizə həmişə deyirdim ki, axırda qan çıxaracaqsan. Bəsdir, məndən əl çək. Axırda qardaşı öldü, mən də həbsə düşdüm”.teleqraf.com

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar