Sizin Reklam Burada
Xəbər lenti
28-09-2025
27-09-2025
12:56
 
BÜTÜN XƏBƏRLƏR

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Tarix: 02-05-2024 20:53     Baxış: 3238 A- / A+
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olunduYevlaxda dostunun 14 yaşlı qızını qaçırmış və onunla intim münasibətdə olmuş 1991-ci il təvəllüdlü Qadir Həsənova (ad-soyadlar şərtidir) hökm oxunub.

Hadisə bu ilin 9 yanvar tarixində baş verib. Evli olan Qadir bir müddətdir gizli münasibət saxladığı dostunun 14 yaşlı qızı Xəyaləni inandırıb ki, arvadından boşanaraq onunla evlənəcək. Hadisə günü o, yeniyetmə qızı məktəbdən götürərək tanışına məxsus "VAZ 2106" markalı avtomobillə Bərdəyə qaçırıb.

Bir qədər sonra qızın ailə üzvləri onun dərsdən gəlmədiyini görərək narahatlıq keçiriblər və müəllimi ilə əlaqə saxlayıblar. Məktəbdən isə Xəyalənin dərsdən çıxıb evə getdiyi bildirilib. Bundan sonra axtarışlar başlayıb və qızın atasının dostu tərəfindən qaçırıldığı məlum olub.

Ailənin şikayəti əsasında Qadir Həsənov barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşı tamam olmamış şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş başlanılıb.

Cinayət işinə Yevlax Rayon Məhkəməsində baxılıb. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu deyib. Məhkəmənin hökmü ilə Q.Həsənova 2 il 6 ay həbs cəzası verilib. qafqazinfo 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar