Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ

Tarix: 02-05-2024 09:05     Baxış: 3156 A- / A+
Bakının Yasamal rayonunda 1990-cı il təvəllüdlü oğlu Kamran İsrafilovu qətlə yetirən 68 yaşlı Ramiz İsrafilovun məhkəməsi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R.İsrafilov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Oğulun ölümünə, atanın həbsə düşməsinə səbəb olan hadisə ötən ilin aprelində baş verib.

Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində oğlunun içki aludəçisi olduğunu, buna görə ondan tez-tez spirtli içki almaq üçün pul istədiyini, vermədikdə ailə üzvlərinə qarşı nalayiq ifadələr işlətdiyini bildirib.

Atasının sözlərinə görə, oğlu iki ay narkoloji dispanserdə müalicə alsa da, üç dəfə qanını dəyişsə də, yenə içkiyə davam edib.

Cinayət hadisəsi isə gecə saatlarında baş verib. Ata İsrafilovun iddiasına görə, o, yatdığı zaman Kamran otağın qapısını döyüb və bu zaman onun sinəsindən yapışıb:

“Dedim ki, Kamran, mən sənin atanam, məni vurma. O da dedi ki, camaatın atası ona ev verir, maşın verir. Sən mənə heç nə vermirsən? Dedim, mən sənə pul versəm, sən gedib içki içəcəksən. Ona görə də, vermirəm. Bu zaman oğlum məni itələdi, atamdan yadigar qalan bıçağı götürmək istədi, mən ondan cəld tərpəndim. Kamran məni itələyəndə bıçağın ona batdığını hiss etdim. Böyük oğluma təcili tibbi yardım briqadası çağırmağı tapşırdım. Çölə çıxıb, təcili yardım maşınını qarşıladım, onlara kömək etdim. Bir gün sonra isə xəstəxanada vəfat etdi”.

Qeyd edək ki, Kamran İsrafilov vaxtilə hərbçi olub. O, 2012-ci ildə Füzuli Hərbi Məhkəməsinin hökmü ilə dələduzluq və hərbi hissəni özbaşına tərk etmə cinayətlərinin törədilməsində təqsirli bilinərək azadlıqdan məhrum edilib, iki il sonra isə əfv olunub. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar