Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Elçibəyin qadağan etdiyi tarixi gün: O gün Xankəndidə nə baş vermişdi?

Tarix: 01-05-2024 14:28     Baxış: 3208 A- / A+

1 May günü ilə bağlı bir çox hadisə var ki, tarixdə qalıb. Əksər ölkələr bu günü zəhmətkeşlər günü kimi keçirir. 1919-cu ildə Azərbaycan Cümhuriyyəti hökuməti və Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə 1 May gününü qeyd ediblər.
Manevr.az xəbər verir ki, bunu AMEA-nın əməkdaşı, dosent Zaur Əliyev deyib.
Onun sözlərinə görə, 1992-ci ildə isə Əbülfəz Elçibəyin sərəncamı ilə ölkədə 1 May günün keçirilməsi rəsmən qadağan edilib:
”Qarabağın tarixini bilənlər xatırlayar. 1 May 1988-ci ildə, ermənilərin Azərbaycan əleyhinə etirazlarının başladığı və azərbaycanlıların sürgün edildiyi Xankəndidə sonuncu dəfə Azərbaycan bayrağı (o dövrdə Azərbaycan SSR) minlərlə erməninin gözü önündə 1 May yürüşündə qaldırılıb. Həmin günü dağılmaq üzrə olan sovetlər birliyində bütün respublikalara 1 May gününün keçirilməsi tapşırığı verilmişdi. Ermənilər də bayram nümayişindən sonra şəhərin baş meydanında böyük mitinq keçirməyi planlaşdırmışdı. Tələbləri isə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi idi. Bütün şüarları bu sözlərdən ibarət idi. Bu mitinqin təşkilatçısı isə keçmiş "Dağlıq Qarabağ Muxtar Vilayəti"nin 1-ci katibi Henrix Poqosyan idi.
1 May günü Xankəndinin baş meydanında hər bir kollektivin sıraları düzlənir, şüarlar, bayraqlar qaldırılır və rəhbərliyinin dayandığı tribunanın qarşısında qarşılıqlı əl etmə və bayram salamlaşması olurdu. Bütün sovet respublikalarının bayrağı orda olmasına baxmayaraq Azərbaycan SSR-nin bayrağına rəsmən qadağan qoyulmuşdu.
Xankəndi Pedaqoji İnstitutunun 60-dan çox müəllim tələbə kollektivinin israrı və təkidi ilə minlərlə ermənilər qarşısında Azərbaycan bayrağı tribunadan keçəndə qaldırıldı. Orda bütün təzyiqlərə və hədə qorxulara baxmayaraq cəsarətli gənclər tərəfindən sonuna qədər aparıldı. Məhz 1 May 1988-ci ildə Azərbaycanı təmsil edən bayraq Xankəndidə sonuncu dəfə dalğalandı. İndi üstündən 36 il keçəndən sonra 1 May 2024-cü ildə müstəqil Azərbaycan Respublikasının üç rəngli bayrağı, Cümhuriyyət bayrağı Xankəndidə, azad şəhərimizdə dalğalanır. Bayrağımız hər zaman ucalarda olsun”.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar