Sizin Reklam Burada
Xəbər lenti
28-09-2025
27-09-2025
12:56
 
BÜTÜN XƏBƏRLƏR

Rasim Tağıyevin oğlu həbs edildi

Tarix: 01-05-2024 12:34     Baxış: 3191 A- / A+
Tovuzda tanışının üzərinə benzin tökərək yandırmaqda şübhəli bilinən şəxs həbs edilib.
Manevr.az rayon prokurorluğuna istinadən xəbər verir ki, aprelin 28-də Tovuz rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın yanıq xəsarətlərindən müalicə aldığı xəstəxanada ölməsi barədə məlumat daxil olub.

Araşdırmalarla 2002-ci li təvəllüdlü Röyal Tağıyevin aprelin 18-də aralarında yaranmış mübahisə zamanı tanışı Türkanə Məmmədovanın üzərinə benzin töküb yandırmaqla ona yanıq xəsarətləri yetirməsinə və sonuncunun həmin xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, Röyal Tağıyev qeyd olunan maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İbtidai istintaq davam etdirilir.
Qeyd edək ki, Röyal Tağıyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz Rayon Şöbəsinin sabiq müdiri Rasim Tağıyevin oğludur. O, bir neçə gün əvvəl mediaya açıqlamasında T.Məmmədovanın oğlu Röyalı şərlədiyini, onun özünü yandırdığını iddia etmişdi.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar