Xəbər lenti
Ali Məhkəmənin hakimi intihar etdi
Ali Məhkəmənin Kommersiya Kollegiyasının hakimi İlqar Dadaşov intihar edib.
Manevr.az-ın qafqazinfo-ya istinadən məlumata görə, 62 yaşlı hakim yaşadığı evdə özünü asaraq həyatına son qoyub.
O, ağır xəstəlikdən - şəkərli diabetdən əziyyət çəkirmiş. Əldə etdiyimiz məlumata görə, xəstəlik səbəbindən depressiv vəziyyətə düşən hakim intihar edib.
Qeyd edək ki, İlqar Dadaşov 1962-ci ildə anadan olub. O, 1984-1989-cu illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.
1989-1993-cü illərdə Vəkillər Kollegiyasının Neftçala rayon hüquq məsləhətxanası vəkil kimi çalışıb. 1993-2000-ci illərdə Respublika Prokurorluğunda idarə prokuroru olub. 2000-2007-ci illərdə İqtisad Məhkəməsində, 2007-2010-cu illərdə isə Bakı Apellyasiya Məhkəməsində hakim vəzifəsində çalışıb. İ.Dadaşov 2010-cu ildən Ali Məhkəməsinin hakimi idi.Tanınmış hakim 2023-cü ildə Prezidentin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Təqvim
« Fevral 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 |
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar