Xəbər lenti
1 yaşlı uşağın üzünə 200 tikiş qoyuldu və əli kəsildi...
"Allah bu cür zülmlərə bais olanları bağışlamayacaq heç vaxt...""HƏMAS" yaraqlılarının 2023-cü il oktyabrın 7-də İsrailə cəmi 2 minə yaxın yəhudinin həlak olmasıyla nəticələnmiş hücumundan sonra İsrail ordusunun Qəzzaya qarşı son 6 aydan çox müddətdə, demək olar ki, fasiləsiz hücum və bombardmanları davam etdikcə insanlığa əsla sığmayan yeni-yeni vəhşət faktları üzə çıxır.
Dünən – aprelin 25-də məlub olub ki, Qəzzada yaralanmış bir yaşlı uşağın üzünə 200 tikiş qoyulub və əli amputasiya edilib.
Bu haqda "Əl-Cəzirə" məlumat yayıb.
İsrail hava qüvvələrinin Qəzzada evlərdən birinə endirdiyi zərbə nəticəsində bir ailənin 10 üzvü həlak olub. Sağ qalan bir yaşlı Sənad əl-Ərəbi isə ağır xəsarətlər alıb. Həkimlərin müayinəsindən sonra onun üzünə 200 tikiş qoyulması və sol əlinin amputasiyasına ehtiyac olub. moderator.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































