Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Zaqatalada turşudan zəhərlənən qohumlardan biri öldü

Tarix: 26-04-2024 09:17     Baxış: 3237 A- / A+
Zaqatalada turşudan zəhərlənən  qohumlardan biri öldü
Zaqatalada iki həftə əvvəl pomidor turşusundan zəhərlənən qohumlardan biri xəstəxanada ölüb.
Manevr.az lent.az-a istinadən məlumatına görə, 1963-cü il təvəllüdlü rayonun Yuxarı Tala kənd sakini Murad Ramazan oğlu Ramazanov ötən gün axşam saatlarında müalicə aldığı Respublika Toksikologiya Mərkəzində dünyasını dəyişib.
Qeyd edək ki, M. Ramazanov və onun bacısının oğlu, 1999-cu il təvəllüdlü Mollahacı Nurəddin oğlu Ramazanov aprelin 14-ü pomidor turşusundan zəhərlənmişdilər.
Hər iki şəxsə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) ilkin yardım göstərildikdən sonra müalicə olunmaq üçün Respublika Toksikologiya Mərkəzinə göndəriliblər.
25 yaşlı M. Ramazanovun müalicəsi isə Respublika Toksikologiya Mərkəzində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar