Xəbər lenti
Bərdədə ata oğlunun avtomobilini yandırıb - Torpağı əlindən aldığı üçün...
Xəbər verdiyimiz kimi, 15 aprel tarixində Fövqəladə Hallar Nazirliyi Bərdə rayonunun Çələbilər kəndində "Daevoo-Espero" markalı avtomobilin yanması ilə bağlı məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Manevr.az-ın qaynarinfo-ya istinadən məlumatına görə, hadisənin 1974-cü ildə Çələbilər kəndində anadan olmuş Zabil (ad-şərti) tərəfindən qəsdən törədildiyi məlum olub.
Belə ki, Zabil torpaq sahəsi əlindən aldığı üçün hadisəni törətdiyini deyib (torpağın kim tərəfindən və hansı səbəbdən alınması bəlli deyil). O, buna etiraz əlaməti olaraq 15 aprel 2024-cü il tarixdə oğlu Əfqan Həsənova məxsus "Daevoo-Espero" markalı avtomobili yandırmaq qərarına gəlib. Bu barədə avtomobilin sahibi olan oğlu ilə də razılaşıb. Aprelin 15-i, saat 13.00 radələrində oğluna məxsus "DaevooEspero" markalı maşının üzərinə və içinə benzin tökərək yandırıb. Hadisə vaxtı yüksək səslə nalayiq ifadələr işlədib. Olay yerinə polis əməkdaşları və yanğınsöndürənlər gəlib. Bu zaman o, polis əməlkdaşlarının qanuni tələblərinə də tabe olmayıb.
Zabil saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib, iş baxılması üçün məhkəməyə göndərilib.
Təqsirləndirilən şəxs məhkəmədə törətdiyi əməlindən peşman olduğunu bildirib və köməklik göstərilməsini xahiş edib.
Məhkəmənin qərarı ilə Zabil 25 gün müddətinə həbs edilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar