Xəbər lenti
Azərbaycanda dəhşətli qəza :ana və iki oğlu ölüb, nəvə yaralanıb

Hacıqabulda ağır yol qəzası baş verib, ölənlər və xəsarət alanlar var. Manevr.az APA-ya istinadən xəbər verir ki, qəza Bakı-Qazax yolunun 115-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində baş verib. Məlumata görə, paytaxt istiqamətində hərəkət edən "99 HF 830" dövlət nömrə nişanlı "Ford" markalı mikroavtobus yoldan çıxaraq aşıb.
Qəza nəticəsində 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Baş verən ağır qəza nəticəsində ölən şəxslərin kimliyi bəlli olub. "Ford" markalı mikroavtobusun yoldan çıxaraq aşması nəticəsində ölənlərin iki qardaş və onların anası olduğu müəyyən edilib. Onlar Ucar rayonu Müsüslü kənd sakinləri 1994-cü il təvəllüdlü Abdullayev Hamil Şükür oğlu (sürücü), 1989-cu il təvəllüdlü Abdullayev Samir Şükür oğlu, 1966-cı il təvəllüdlü Abdullayeva Gülzar Knyaz qızıdır. Qəza nəticəsində xəsarət alan 6 yaşlı oğlanın Abdullayev Samirin oğlu olduğu bildirilir.
Manevr.az



Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar