Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Moskvadakı terrorun gizli tərəfləri - Niyə məhz "Crocus"?

Tarix: 13-04-2024 12:10     Baxış: 4115 A- / A+

Martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib. Terror aktı nəticəsində azı 144 nəfər həlak olub, 551 nəfər isə yaralanıb.
Bu hadisə son dövrlərin ən qanlı terroru kimi bütün dünyanı sarsıtdı. Hadisənin motivləri və sifarişçiləri barəsində bir çox iddialar hələ də səsləndirliməkdədir.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin açıqlamaları isə terrorda ola biləcək qaranlıq maraqları üzə çıxardır. Medvedev terror hücumunda Fransanı, birbaşa Fransa Prezidenti Emmanuel Makronu ittiham edib və onu terrorçularla əlbir olmaqda günahlandırıb.
Fransa isə bu açıqlamanı təkzib etdi.
Bəs Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev niyə Fransanı ittiham edib?
İlk öncə onu xatırlatmağa ehtiyac var ki, Medvedev Rusiyada sıradan politoloqlardan biri deyil və onun dedikləri kifayət qədər ciddiyə alınmalıdır. Görünür, onda hansısa məlumatlar var.

Digər tərəfdən isə Qərb mediasında Fransanın terror təşkilatları ilə əqalərinə dair xeyli sayda məlumatlar var. Bu da Fransanın sözügedən terror hadisəsini sifariş vermək üçün imkanlara sahib olduğunu göstərir.
Niyə məhz azərbaycanlılara məxsus "Crocus City Hall"?
Terror hadisələrinin törədildiyi yerlər heç zaman təsadüfi seçilmir. Mütləq şəkildə həmin hadisəni törədən şəxslər və ya qurupların yer seçiminin arxasında ciddi məqsədlər dayanır. Görünür buy olla həm də, Azərbaycan və Rusiya arasındakı münasibətlərə də zərbə vurmaq planı olub.
"Müsəlman terrorçu"lar obrazı
Ənənəvi olaraq "müsəlman terrorçu"ların hücum etməsi və bunları görüntüləri almaları və s. metodlar isə özülüyündə Rusiyada dini qarşıdruma yaratmağa hesablandığı açıq görünür. Terrorun növbəti dalğası məhz bu olmalı idi. Rusiya-Azərbaycan münasibətlərində gərginlik, Rusiyada dini zəmində qarşıdırma, müsəlmanlar və digərləri arasında toqquşmalar.
Hazırda Rusiya tərəfindən araşdırmalar davam edir və istintaqın gedişində yəqinki, daha dolğun məlumatlar əldə olunacaq.

Asif Mehman
TREND

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar