Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxsi “Astoria Baku” otelində masajist qadına xəsarət yetirdiyi üçün saxlanılıb.
Manevr.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 1-ci ərazi idarəsinin inspektoru vəzifəsində çalışan Hüseyn İbrahimov (ad-soyad şərtidir) Nizami rayonu ərazisində yerləşən “Astoria Baku” otelinə masajist kimi çağırdığı Zenfira Hümmətovaya (ad-soyad şərtidir) xəsarətlər yetirib.
Nəticədə Zenfiranın üz və boğaz nahiyələrində qızartılar yaranıb, paltarları cırılıb. Qadın bununla bağlı polisə şikayət edib. Nəticədə xidmət əməkdaşı saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 157 maddəsi ilə (Bunlara aiddir – dişləmə, bədənin müxtəlif nahiyyələrini əzmə, çimdikləmə və s.) protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmədə Hüseyn İbrahimov zərərçəkmiş şəxsə hər hanısa xəsarət yetirmədiyini bildirib. O, qadını masajist kimi çağırdığını bildirib. Qeyd edib ki, sonradan həmin şəxsin onun cibindən oğurluq etməsi ilə bağlı şübhələr yaranıb, cibindən götürülmüş 800 manat pulu geri tələb edib, bu zaman aralarında sözlə mübahisə yaranıb, lakin ona hər hansı xəsarət yetirməyib. Baş vermiş oğurluqla bağlı polisə müraciət edib, lakin sonradan ortaq tanışları xahiş etdiyi üçün şikayətini geri götürüb. Qeyd olunanlara əsaslanaraq inzibati xəta törətmədiyini, barəsində aparılan inzibati iş üzrə icraata xitam verilməsini xahiş edib.
Məhkəmənin qərarı ilə Hüseyn İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, 500 manat məbləğində inzibati cərimə edilib. (Qaynarinfo)
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar