Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Evdən pis iy gəlirdi" - Dəhşətli qətlin təfərrüatı

Tarix: 07-06-2017 14:24     Baxış: 4355 A- / A+
"Evdən pis iy gəlirdi"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rövşən Xalıqovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Manevr.az xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, 2016-cı il iyunun 28-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan Viktor Lituxinin baş nahiyəsində xəsarət olan və qismən çürüməyə məruz qalmış meyiti mənzilində tapılıb. Araşdırmalar zamanı onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Xalıqov tərəfindən tamah məqsədilə çəkiclə qətlə yetirilməsi müəyyən edilib. Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rövşən Xalıqov tutulub.

O, Cinayət Məcəlləsinin 120.2.11-ci (qəsdən adam öldürmə, quldurluq, hədə-qorxu ilə tələb etmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmişin sağlamlığına ağır zərər vurmaqla törəldildikdə) maddəsi ilə ittiham olunur. Rövşən Xalıqov 2015-ci ildə oğurluqda təqsirli bilinərək, həbs edilib. Məhkəmənin hökmü ilə o, 2 min manat məbləğində cərimə edilib.

Məhkəmədə ifadə verən Rövşən Xalıqov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib: "Pula ehtiyacım var idi. Buna görə də onun evinə girdim. Ev sahibi qarşıma çıxdı. Onunla dalaşdım. Özümlə götürdüyüm çəkiclə başından vurdum. Sonra evdən 200 mant pul və pul kartı götürdüm. Əməlimdən peşmanam". Mərhum Viktor Lituxinin Azərbaycanda heç kimi yoxdur. Onun bir nənəsi olduğu, onun da Rusiyada yaşadığı müəyyən edilib. Bu səbəbdən qətlə yetirilən şəxsin hüquqi varisi qismində Qaradağ rayon İcra Hakimiyyəti tanınıb. İcra hakimiyyətinin nümayəndəsi Sərdar Hüseynov Rövşən Xalıqova etdiyi əmələ görə cəza verilməsini istəyib. Daha sonra şahid qismində ifadə verən Nigar Ələkbərova bildirib ki, öldürülən Viktor Lituxin onun atasının dostu olub: "Hadisədən sonra axşam tərəfi Viktora zəng vurdum, o, telefonu götürmədi. Səhərisi günü onun evinə getdim, yenə qapını açmadı. Evdən pis iy gəlirdi. Sonradan onun öldürüldüyü məlum oldu".

Növbəti proses iyunun 14-də davam edəcək.teleqraf.com

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar