Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Qazaxıstanın bu şəhəri tamamilə su altında qaldı

Tarix: 06-04-2024 19:51     Baxış: 3131 A- / A+

Qazaxıstan qışdan sonra temperaturun artması səbəbindən qarın qəfil əriməsi nəticəsində baş verən daşqınlarla mübarizə aparır.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki,  ölkədə bəndlər dolub, çaylar daşıb.
Seldən ən çox zərər çəkən qərb və şimal əyalətlərində 3 min 171 evi su basıb.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, bu günə qədər 46 min 755 nəfər su basmış ərazilərdən təxliyə edilib. Bu adamlardan 2602 nəfəri helikopterlər vasitəsilə xilas edilib.
Ölkənin qərbindəki Atrau vilayətində dünən gecə saatlarında Cem çayının daşması nəticəsində Kulsari şəhəri tamamilə su altında qalıb. Təxminən 14 min insan şəhərdən təxliyə olunub.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev daşqınla əlaqədar ictimaiyyətə müraciət edib.
Uzun illərdir görünməmiş təbii fəlakətlə üzləşdiklərini bildirən Tokayev, "Bu sel miqyası və nəticələri baxımından son 80 ilin ən böyük fəlakətidir" deyib.
Qeyd edək ki, ölkənin 10 vilayətində -Abay, Akmola, Aktobe, Atrau, Qərbi Qazaxıstan, Qaraqandı, Kostanay, Pavlodar, Şimali Qazaxıstan və Ulutauda daşqınlar səbəbindən yerli miqyasda fövqəladə vəziyyət elan edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar