Xəbər lenti
İçki məclisində qan töküldü - Bakıda

Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.
Manevr.az xəbər verir ki, Lökbatan qəsəbəsində yerləşən kafelərdən birində Bakı şəhər sakini,1960-ci il təvəllüdlü Nadir Məhərrəmov kafedə bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Məlumata görə, Nadir Məhərrəmov kafedə dostları ilə yeyib-içib.
Daha sonra onların arasında mübahisə yaranıb. Nadir Məhərrəmovun söyüş söyməsi onun dostlarından birinin xoşuna gəlməyib. Həmin şəxs stolun üstündə meyvə soymaq üçün qoyulan bıçaqla Nadir Məhərrəmovu vurub.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.teleqraf.com
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































