Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Gömrükdə külli miqdarda siqaret tutuldu

Tarix: 07-06-2017 11:29     Baxış: 3399 A- / A+
Gömrükdə külli miqdarda siqaret tutuldu

Azərbaycanın aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb.

DGK-dan verilən məlumata görə, Yevlax Gömrük İdarəsinin əməkdaşları tərəfindən ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən və Azərbaycanın aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb.

İdarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə aksiz markası ilə markalanmalı olan məhsulları belə marka olmadan satma, satış məqsədi ilə saxlama barədə daxil olan məlumat əsasında Mingəçevir şəhərində əməliyyat keçirilib. Mingəçevir şəhəri İ.Qasımov küçəsində keçirilən əməliyyat zamanı Mingəçevir şəhə sakini Səlimov Vüsal Nizami oğlunun idarə etdiyi VAZ-21154 markalı, 45 BX 080 dövlət nömrə nişanlı minik avtomobil saxlanılaraq Yevlax Gömrük İdarəsinə gətirilib və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin salonundan və yük yerindən xarici ölkələrdə istehsal olunan və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, ümumilikdə 37 000 ədəd "MAC", "Mond", "CK", "NZ", "Alster", "Comet", "GM", "Continent", "Gold Mount", "RC", "Senator", "Omega", " Ascent", "Cavallo", "Milano" və "Manchester" adlı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar