Xəbər lenti
Bankda quldurluq edən futbolçu 36 il sonra ölü tapıldı

Çoxları onu isveçrəli Robin Qud adlandırır və polis 36 il onun izinə düşə bilməyib. Lakin bu il o, qatar yolunda ölü tapılıb.
Onun adı İsveçrə futbolunda az qala unudulub. 1970-ci illərdə Marko Müller “Yanq Boyz”un və gənclərdən ibarət milli komandanın oyunçusu olub, həmçinin SR Delemont həvəskar komandasının formasını geyinib.
Bununla belə, o, İsveçrə məhkəmə sisteminin tarixində daha çox məşhurdur. Artıq 20 yaşında futbolu atıb cinayətin tərəfinə keçib. 71 yaşlı Müller bir neçə bankı qarət edib və pulla dolu zirehli furqonlara basqın edib. 1980-ci illərdə o, Avropada ən çox axtarılan adamlardan birinə çevrilib.
“The Sun”un məlumatına görə, keçmiş futbolçu ümumilikdə 3,2 milyon dollar ziyan vurub. Müller tutulub və iki dəfə mühakimə olunub. O, Yura həbsxanasından qaça bilib və polislər onu tutub Berndə həbs edəndə ikinci dəfə qaçıb.
1988-ci ildən polis onu tapa bilmirdi və 36 ildən sonra cəsədi doğulduğu Baskur şəhəri yaxınlığındakı dəmiryol xəttində tapılıb. lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar