Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ər arvadını bıçaqladı — TƏFƏRRÜAT

Tarix: 01-04-2024 22:14     Baxış: 3141 A- / A+
Kürdəmir rayonunda 1968-ci il təvəllüdlü Əli ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Səliməyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Hadisə 17 dekabr 2022-ci ildə, saat 13 radələrində Kürdəmir şəhəri, H.Cavid küçəsində baş verib. 

Əli fərdi yaşayış evinin küçə qapısının qarşısında arvadı, 1977-ci il təvəllüdlü Səlimə ilə 2020-ci ildən birgə yaşayış qaydalarının pozulması ilə əlaqədar yaranmış soyuq münasibətə görə, yəni şəxsi münasibətlər zəminində, eləcə də sonuncunun “mahnı oxuyaraq” bir neçə dəfə qarşından keçib ona qarşı laqeyidlik etməsini görüb, eyni həyətyanı sahədə yerləşən ayrıca yaşadığı evdə olan  bıçaqla ona xəsarətlər yetirib

Hadisəni törədən Əlinin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. o bildirib ki, 1996-cı ildə Səlimə ilə evlənib və birgə nikahdan iki uşaqları var: “Uzun müddət Rusiyada işləyib yaşamışam. Arvadım isə uşaqlarla birlikdə Kürdəmir şəhərində olan fərdi yaşayış evində yaşayıb. 2020-ci ildə Rusiyadan evimə qayıtdım. Ailəm ilə birlikdə Kürdəmir şəhərində olan evimdə yaşadım. Heç bir yerdə işləməmişəm, maddi vəziyyətim pis olub. Əvvəllər arvadım ilə münasibətlərim normal olub”.

Təqsirləndirilən şəxs qeyd edib ki, sonradan 2020-ci ildən Səlimə ilə münasibətləri pisləşib və aralarında tez-tez mübahisələri olub: “Yaşadığımız evin həyətində özümə məxsus iki ev var. Birində arvadım Səlimə və iki oğlum yaşayır, digər evdə isə özüm tək yaşayıram. Arvadım və oğlanlarım mənə baxmadığından hər gün evdən çıxıb harasa gedib yemək tapıb yedikdən sonra evimə yatmağa gəlmişəm. Yaşadığım həyat tərzindən bezdiyim üçün, həm də ailəmin, əsasən də arvadımın mənə qarşı heç bir diqqət yetirmədiyindən ailəmə, əsasən də arvadıma qarşı acıqlı-qəzəbli olmuşam”. 

Əlinin ifadəsinə görə, 17 dekabr 2022-ci ildə, saat 13 radələrində evdə olan zaman arvadı Səlimənin küçəyə tez-tez çıxıb gəlməsini görüb: “Həyətdə Səlimə mənim yanımdan keçərkən acıq vermək üçün “mahnı oxuya-oxuya” gedib-gəlməsi hərəkətləri məni bərk əsəbləşdirdi. Bundan sonra yaşadığım evə girərək evdə masanın üzərində olan bıçağı götürdüm və əynimdəki gödəkcəsinin cibinə qoydum, sonra küçəyə çıxdım. Həmin vaxt arvadım Səlimənin küçədə kanalizasiyanı təmizlədiyini görüb ona yaxınlaşdım, bıçağı cibimdən çıxararaq qarın nahiyəsinə bir dəfə vurdum. Bıçaq zərbəsindən sonra Səlimə yerə yıxıldı. Sonra ayağa həyətə çıxdım. Qonşuya Səliməni bıçaqladığımı dedim. Özüm isə Səlimənin arxasınca getmədim. Oradan birbaşa Kürdəmir Rayon Polis Şöbəsinə getdim. Arvadımı bıçaqla vurmağım barədə məlumat verdim”. 

İş üzrə zərərçəkmiş Səlimənin sözlərinə görə, Əli ilə 27 il evli olub, hazırda boşanıblar: “Əli ilə evli olduğum müddətdə uzun illər Rusiyada yaşayıb, ailəsi ilə heç bir əlaqə saxlamayıb. Yalnız 2020-ci ildə evə qayıdıb. Əlinin  bizimlə yaşadığı dövrdə daim mənimlə mübahisələr edib. Sonra yaşadığım evdən məni çıxarıb. Bir müddət atamın evində qalmalı olmuşam. Həyətdə iki ev olduğundan sonradan Əli bir evdə, özüm isə uşaqlarım ilə digər evdə yaşamağa başlamışıq. Eyni həyətdə yaşadığımız üçün Əli ilə münasibətlərim daim gərgin vəziyyətdə olub”. 

Zərərçəkmiş qeyd edib ki, dekabrın 17-də, saat 13 radələrində yaşadığı evdə olub, həmin vaxt evdən çıxan çirkab suların axdığı kanalizasiyanın tutulduğundan,  kanalizasiyanı təmizləmək üçün küçəyə çıxıb: “Küçəyə çıxarkən Əli yaşadığı evdə olub. Mənim küçəyə çıxmağımı görüb. Kanalizasiyanı təmizləməklə məşğul olarkən Əli həyətə düşdü, sonra evə qalxdı. Mən isə kanalizasiyanı təmizləyib həyətə qayıtmaq istəyərkən, Əli küçə qapısının qarşısında mənə yaxınlaşdı, bıçaqla bir dəfə məni vurdu. Əli məni bıçaqla vurduqdan sonra yerə yıxıldım. Sonra qalxıb həyətə girdim, həyətdə odun doğrayan qonşumuza Əlinin məni bıçaqla vurduğunu, təcili yardıma zəng etməsini dedim. Sonra məni xəstəxanaya apardılar. Mən xəstəxanada on gün müalicə olundum”. 

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əli 4 il müddətinə azadlıqdan məhrum edilib.
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar