Xəbər lenti
Bakıda qadınları qorxuya salan şəxs tutuldu
Bakıda polis qadınlara qənim kəsilən şəxsi saxlayıb. Saxlanılan şəxs küçədə gedən qadınlara yaxınlaşıb onların boyunbağısını qırıb qaçıb. Müqavimət göstərən qadınları isə döyüb bu cinayəti reallaşdırıb.
Qadınlara qarşı ağır cinayət törədən şəxs tutulub. 3 gün əvvəl Nəsimi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Ülkər Rəhimovaya zor tətbiq edərək onun qızıl boyunbağısını qırıb götürərək hadisə yerindən qaçıb. Nəsimi Rayon Polis İdarəsi və ərazidə olan Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının birgə əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Alı Tağıyev hadisə yerindən bir neçə yüz metr kənarda saxlanılıb...
Araşdırma zamanı saxlanılan şəxsin həmin gün rayon ərazisində Dilarə Qəniyeva adlı başqa bir qadını da döyərək onun qızıl qoyunbığısını quldurluq yolu ilə ələ keçirdiyi də məlum olub. Saxlanılan şəxsin ətrafında aparılan əməliyyat tədbiləri nəticəsinə Alı Tağıyevin paytaxtın Nəsimi və Nərimanov rayonları ərazisində qadınlara qarşı ümumilikdə 3 quldurluq və 2 soyğunçuluq cinayəti törətdiyi də məlum olub.
Faktla bağlı Alı Tağıyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir. Polis əməkdaşları quldurluq və soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ''102'' Zəng Mərkəzinə məlumat verə bilərlər.xezerxeber.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar