Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Xocalı şəhərində insan qalıqları tapıldı

Tarix: 30-03-2024 15:31     Baxış: 386 A- / A+
Xocalı şəhərində insan qalıqları TAPILDI

Xocalı şəhərində 3 nəfərə məxsus insan qalıqları aşkarlanıb.
Manevr.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, insana məxsus olması ehtimal edilən sümük fraqmentləri və qalıqlar Qaladərəsi adlanan hissəsində yerləşən su anbarının yaxınlığında həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə tapılıb.
 
Baş Prokurorluğun, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. İnsan qalıqlarının ən azı 3 nəfər şəxsə məxsus olması müəyyənləşib.
 
Hazırda hadisə yerinin tam müayinəsi istiqamətində işlər davam etdirilir, Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar