Moskva vilayətindəki “Crocus City Hall” konsert zalında törədilən terrorda 25 il əvvəl Volqodonskda terror aktından sağ çıxan iki bacı Anna və Tatyana Makarski həlak olub.
Xarici media bildirir ki, Fövqəladə Hallar Nazirliyi həlak olanların siyahısında onların adlarını açıqlayıb.
Bacıların anasının rəfiqəsi Yelena Makarskayanın dediyinə görə, Anna və Tatyana martın 22-də axşam saatlarında “Piknik” qrupunun konserti üçün birlikdə “Crocus”a gediblər. Yerli vaxtla axşam saat 20:30 radələrində qızlardan biri anasına zəng edərək zalda baş verən yanğını və insanların boğulduğunu deyib. Bundan sonra qadınlarla əlaqə kəsilib.
Xəbər lenti
25 il əvvəlki terrordan sağ çıxan bacılar “Crocus”da öldülər
Əvvəlcə onlar yaralananlar siyahısında olublar, lakin xəstəxanalar Yelena Makarskayaya heç nə deməyiblər. Martın 26-da axşam ölülərin yenilənmiş siyahılarında Anna və Tatyananın adları görünüb.
Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, “Crocus”da törədilən terror aktı nəticəsində 143 nəfər həlak olub, daha 182 nəfər yaralanıb.
1999-cu il sentyabrın 16-da partlayıcılarla dolu yük maşını Rostov vilayətinin Volqodonsk şəhərində yaşayış binasının yaxınlığında partladılıb. 19 nəfər həlak olub, 89 nəfər xəstəxanaya yerləşdirilib, 39 evə ziyan dəyib.
Makarskilər o vaxt partlayış yerinin yanındakı evdə yaşayırdılar. Rəfiqəsi Yelena Makarskayanın sözlərinə görə, mənzilin şüşələri sınıb, bütün ailə xəsarət alıb.lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar