Sizin Reklam Burada
Xəbər lenti
05-08-2026
04-08-2026
BÜTÜN XƏBƏRLƏR

200 min manata yaxın mənimsəmə... - Sümbülə Əliyeva həbs edildi

Tarix: 26-03-2024 09:10     Baxış: 4258 A- / A+
200 min manata yaxın mənimsəmədə ittiham olunan 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyeva həbs edilib.

Bir müddət əvvəl barəsində qiyabi həbs qərarı çıxarılmış vəkil polis əməkdaşları tərəfindən saxlanılıb.

Əliyeva müvəqqəti saxlanma məntəqəsinə yerləşdirilib. S. Əliyevanın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O, 1 ilə yaxın məhkəmə proseslərinə gəlməyib. Onun haqda ötən ilin əvvəlində polis vasitəsilə məcburi məhkəməyə gətirilmə qərarı çıxarılsa da, keçmiş vəkili yenə də hakim qarşısına çıxarmaq mümkün olmayıb. Hakim Mahmud Ağalarov çoxsaylı çağırışlarına gəlməyən xanım müttəhim haqda qiyabi həbs qərarı qəbul edib. Artıq qərar polis tərəfindən icra edilib. Yaxın günlərdə məhkəmə araşdırması yenidən davam edəcək.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar