Sizin Reklam Burada
Xəbər lenti
12-11-2025
11-11-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda ukraynalı qadın əri tərəfindən bıçaqlandı - Şəkillər

Tarix: 24-03-2024 20:45     Baxış: 4183 A- / A+
Azərbaycanda Ukrayna vətəndaşı xanım əri tərəfindən bıçaqlanıb.

Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat yayıb.

Bildirilib ki, xanım müalicə aldığı xəstəxanadan çıxarıldıqdan sonra sığınacağa yerləşdirilib.Qeyd edək ki, dəfələrlə şiddətli şəkildə döyülən xanım sonuncu dəfə ölümlə üz-üzə gəlib. Artıq həyatını itirəcəyini düşünən xanımın köməyinə qonşular gəliblər. Son anda qonşuların müdaxiləsi nəticəsində qadın yaralı vəziyyətdə qaçıb.

Məsələ ilə bağlı açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti İdarəsinin rəis müavini Zeyni Hüseynov bildirib ki, fakt Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində nəzarətə götürülərək Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb:

“Zərərəçəkənin xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub. Araşdırmalar davam etdirilir”.

Manevr.az 




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar