Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bağanis-Ayrım soyqırımından 34 il ötür

Tarix: 24-03-2024 14:59     Baxış: 3122 A- / A+
Bağanis-Ayrım soyqırımından 34 il ötür

Soyqırımını törətməkdə ittiham olunan 18 nəfərin axtarışları davam edir
Xalqımıza qarşı törədilən soyqırımlarından biri də Bağanis-Ayrım faciəsidir. Ölkəmizdə həyata keçirilən mükəmməl siyasət, o cümlədən uğurlu xarici siyasət nəticəsində artıq dünya ictimaiyyətinin böyük hissəsi zaman-zaman xalqımızın başına gətirilən müsibətlər, soyqırımları, deportasiyalar, terrorlar, repressiyalar və xüsusilə digər ağır cinayətlər barədə dəqiq və ətraflı məlumatlara malikdir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə bu istiqamətdə ölçüyəgəlməz işlər görülüb. Soyqırımları, o cümlədən sözügedən soyqırımı barədə həqiqətlərin, tarixi reallıqların dünya ictimaiyyətinə çatdırılması, onlara beynəlxalq səviyyədə obyektiv və ədalətli, yəni milli maraqlarımıza uyğun münasibət bildirilməsinə nail olunması, bununla əlaqədar respublikamızda və ölkəmizdən kənarda həyata keçirilən sistemli və ardıcıl tədbirlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətinin, bu sahədəki misilsiz fəaliyyətinin bəhrəsidir. Birinci vitse-prezident Mehriban Əliyevanın, eləcə də onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu istiqamətdə görülən müstəsna işlər də mühüm əhəmiyyət kəsb edir. Həmçinin Ermənistan silahlı qüvvələrinin Bağanıs Ayrım kəndində törətdiyi soyqırımının dünya ictimaiyyətinə çatdırılması məqsədilə həmin faciədə həlak olmuş şəxslərin xatirəsi əbədiləşdirilib, abidə kompleksi ucaldılıb.
Bu barədə Manevr.az-a açıqlamasında hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

Onun sözlərinə görə, 5 may 2005-ci il tarixdən etibarən Baş prokurorun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin ibtidai araşdırmaya prosessual rəhbərliyi ilə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda istintaq həyata keçirilib. “İstintaqın materialları ilə Bağanis-Ayrım soyqırımı epizodu üzrə sübuta yetirilib ki, 1990-cı il martın 24-də saat 8 radələrində azərbaycanlıları bir milli qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə onları öldürmək, eləcə də beynəlxalq hüquq normaları və Azərbaycan qanunları ilə müəyyənləşdirilmiş əsaslar olmadan kənd sakinlərini daimi yaşayış yerlərindən didərgin salmaqla onları qovmaq, azərbaycanlı əhaliyə, onların evlərinə, idarə müəssisə və təşkilatlara basqınlar etmək və azərbaycanlılara qarşı digər cinayətlər törətmək məqsədilə qanunsuz erməni silahlı birləşmələri Ermənistan ərazisindən Qazax rayonunun Bağanis-Ayrım kəndinə hücum ediblər. Erməni silahlıları müxtəlif istiqamətlərdən çeşidli hərbi texnika, döyüş və xüsusi təyinatlı nəqliyyat vasitələri ilə kəndə daxil olaraq iriçaplı odlu silahlardan, pulemyotlardan, avtomatlardan, qumbaraatanlardan intensiv atəşlər açmaqla əhalini, yəni dinc kənd sakinlərini küçələrdə və öz evlərində atəşə tutub”, - deyə Firad Əliyev vurğulayıb.

O əlavə edib ki, nəticədə məhz azərbaycanlı olduqlarına görə üçü qadın, biri 39 günlük körpə olmaqla, 10 nəfər ağlasığmaz işgəncələr verilməklə xüsusi amansızlıqla öldürülüb, iki şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. Eyni zamanda, 12 yaşayış evi qarət edilərək yandırılıb, eləcə də 438 nəfər kənd sakini beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yerləşdikləri yerlərindən məcburən didərgin salınıblar.

Cinayət işinin istintaqı zamanı konkret olaraq Bağanis-Ayrım soyqırımı epizodu üzrə sülh və insanlıq əleyhinə cinayətlər törətmələri sübuta yetirilmiş 18 şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul olunub. Həmin şəxslər barəsində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilib və onların axtarışlarının təmin edilməsi üçün sənədlər İnterpolun Azərbaycandakı Milli Bürosuna və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib. Hazırda Azərbaycan Respublikasının Baş prokuroru, birinci dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin nəzarəti ilə bu istiqamətdə hərtərəfli istintaq-əməliyyat tədbirləri davam etdirilir. Sülh və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslər mütləq cəzalandırılacaqlar.

Qeyd edək ki, Bağanıs Ayrım Qazaxın tarixinə ermənilər tərəfindən ilk işğal edilmiş və yandırılmış kənd kimi daxil olub. Erməni quldurları bu qanlı hadisədən sonra Qazaxın daha 6 kəndini - Xeyrimli, Aşağı Əskipara, Sofulu, Badxudarlı, Qızıl Hacılı, Yuxarı Əskipara kəndlərini də işğal ediblər. Bu gün Qazaxın yeddi kəndi terrorçuluğu dövlət səviyyəsində həyata keçirən Ermənistanın işğalı altındadır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar