Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsi transmilli cinayətkar qruplaşmanın üzvü olan 5 Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı məlumat yayıb.
Qırğızıstan mediası bildirir ki, kəşfiyyat xidmətinin məlumatına görə, saxlanılanlar respublika rəhbərliyinə sui-qəsd planlaşdırıblar.
Saxlanılanların Əliyev V. M., Bağxirov S. A., Əsgərov M. O., Behbudov M. S. və Məmmədov Z. İ. olduqları bildirilir.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, kriminal aləmdə “avara” statusuna malik olan Əsgərov Qırğızıstana dövlətinin mütəşəkkil cinayətkar qruplaşmalara qarşı həyata keçirdiyi fəal mübarizə siyasətinə görə ölkə rəhbərliyinə sui-qəsd cəhdi təşkil etmək məqsədi ilə ölkəyə gəlib.
Əməliyyat tədbirləri martın 22-də keçirilib. Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xəbər lenti
Qırğızıstan rəhbərinə sui-qəsd hazırlayan azərbaycanlılar saxlanıldı
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































