Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
20-09-2026
BÜTÜN XƏBƏRLƏR

Moskvadakı terror aktının təşkilində şübhəli bilinənlərin saxlanılmasının TƏFƏRRÜATI

Tarix: 23-03-2024 12:16     Baxış: 4318 A- / A+
“Crocus City Hall”da terror aktında əli olmaqda şübhəli bilinən şəxslərin saxlanılmasının təfərrüatı məlum olub.
Bu barədə Rusiya Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn məlumat verib.
Onun sözlərinə görə, şübhəlilərin idarə etdiyi “Renault” markalı avtomobil gecə saatlarında Bryansk vilayətinin Karaçinski rayonu Xatsun kəndi ərazisində aşkarlanıb.
“Hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələbinə baxmayaraq, sürücü maşınını saxlamayıb və qaçmağa cəhd edib. Təqib zamanı atəş açılıb və avtomobil aşıb. Bir terrorçu yerindəcə saxlanılıb, qalanları isə meşəyə qaçıblar. Axtarış nəticəsində yerli vaxtla saat 3:50-də ikinci şübhəli aşkar edilərək saxlanılıb”, - deyə deputat bildirib.
O qeyd edib ki, digərlərinin axtarışı davam etdirilir.
Deputat vurğulayıb ki, avtomobildən bir ədəd PM tapançası, AKM avtomatı üçün daraq və Tacikistan vətəndaşlarının pasportları aşkar edilib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar