Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Stimul Hospital”dan Fərahim Qasımovun anasının ölümü ilə bağlı AÇIQLAMA

Tarix: 19-03-2024 16:22     Baxış: 3186 A- / A+
 
“Stimul Hospital” tanınmış jurnalist Fərahim Qasımovun anası Bahar Qasımovanın ölümü ilə bağlı açıqlama yayıb.
 xəbər verir ki, açıqlamada deyilir: 

“1967-ci il təvəllüdlü xəstə 07.03.2024-cü il tarixdə ürək bulanma, tək-tək qusma, göbək altı nahiyədə ağrılar, arıqlama şikayətləri ilə hospitala müraciət edib. Həkimin apardığı obyektiv müayinə və analizlər əsasında xroniki qastritin və xroniki kolitin kəskinləşməsi diaqnozu qoyulub, ambulator şəraitdə qan azlığına görə müalicəsinə başlanıb.
09.03.2024-cü il tarixdə xəstə “İstanbul NS Kilinikası”nda qastrofibroskapiya müayinəsindən keçib.
11.03.2024-cü tarixdən başlayaraq 18.03.2024-cü il tarixədək xəstəyə ambulator şəraitdə antianemik müalicə tətbiq olunması üçün sistemlər köçürülüb, sistemlərin heç bir əlavə təsiri olmayıb.
18.03.2024-cü il tarixdə xəstə “İstanbul NS Klinikası”nda ağciyərin rentgeni müayinəsindən keçib, həmin tarixdə sistem köçürülməsi üçün hospitala gəldikdən sonra sistem köçürülən zaman xəstənin vəziyyəti anidən pisləşib. Xəstəyə dərhal reanimasion tədbirlər (süni tənəffüs, ürək masajı, adrenalin inyeksiyası) görülüb. Yarım saatdan artıq aparılan reanimasion tədbirlərə baxmayaraq, xəstəni xilas etmək mümkün olmayıb.
Baş vermiş faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Ölümün dəqiq səbəbi təyin olunmuş ekspertiza nəticəsində müəyyən olunacaq. Hospitalın kollektivi adından xəstənin yaxınlarına dərin hüznlə başsağlığı veririk”.
Attachment
Qeyd edək ki, Fərahim Qasımov anasının ölümü ilə bağlı sosial media hesabında bunları yazmışdı: 
""Stimul Hospital" cəlladları anamı öldürdülər!!! Dünən, bu gün heç bir problemi olmayan anama klinikada sistem vurublar. Elə oradaca keçinib. Tibb bacısı Mələk Abbasova yoxlamadan etmədən sistem köçürüb. Həkimi İlham Hüseyn isə yaxasını çəkib, durub kənarda ki, mənlik deyil. Sanki müalicələri o yazmamışdı. Hələ bu yetməzmiş kimi məsuliyyətdən boyun qaçırmaq üçün təcili yardımla evə göndərmək istəyiblər ki, guya evdə keçinib. İlham Hüseynin tapşırığı ilə keçinən anamı tez reanimaisya şöbəsinə keçirib, süni nəfəs aparatına bağlayıblar ki, guya müdaxilə olunub, ancaq xilas edə bilməyiblər. Tibb bacısı M. Abbasova özü mənə dedi ki, sistemin altında keçinib".
tia_b80d94b53b3f21e7eaad1239c875.jpg (95 KB)

Məlumat üçün onu da bildirək ki, jurnalistin anasının ölümü ilə bağlı prokurorluq məlumat yayıb.

"Martın 18-də 1967-ci il təvəllüdlü Bahar Qasımovanın Sabunçu rayonu ərazisində yerləşən “Stimul Hospital”da ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır",-deyə məlumatda bildirilib.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar