Xəbər lenti
Bakıda usta telefonunu oğurlayan şəxsə iş təklif etdi

1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş Şahin Əmiyev (soyad şərti) saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib, iş məhkəməyə göndərilib.
Məlum olub ki, Şahin sözügedən kafeyə daxil olaraq orada Cəfər (ad şərti) adlı şəxsdən danışmaq adı ilə telefonunu alıb. O, telefonla danışa-danışa ərazini tərk edib və həmin telefonunu satıb.
Məhkəmədə Cəfər telefonu kreditlə götürdüyünü bildirib. O həmçinin dəyən zərərin əvəzində pul ödənilməsini yox, telefonunun geri verilməsini istəyib:
"400 manat pulu istəmirəm. Şahin telefonu hara satıbsa, oradan alıb qaytarsın. Özüm sənətkar adamam və telefonda vacib nömrələr var. Şahin həbs olunmasın, ailəsinin yanına getsin. Hətta telefonumu qaytararsa, həbsdən çıxandan sonra mənim yanımda da işləyə bilər".
Şahinin digər bir şəxsə qarşı da eyni əməli törətməsi məlum olub. Bu sbəbədən bir aylıq həbs edilib.
Məhkəmənin qərarı ilə Şahin Əmiyevə 1 ay 15 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib. qaynarinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar