Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

20 nəfərə hökm oxundu - 3-ü azadlığa buraxıldı

Tarix: 16-03-2024 22:22     Baxış: 3132 A- / A+
20-nefere-hokm-oxundu
Qanunsuz narkotik dövriyyəsi, qaçaqmalçılıq və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırmaqda ittiham edilən 20 nəfərin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Dəstə üzvlərinin hamısının işinə Bakı Ağır Cinayətlər Məhkəməsində eyni icraatda baxılıb.

Faiq Qəniyevin sədrlik etdiyi hakimlər heyəti sonuncu iclasda müttəhimlərin hər biri haqda ittihamedici hökm çıxarıb.

Hökmə əsasən yalnız 3 nəfərə həbslə bağlı olmayan cəza verilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar. 17 nəfərə isə 9 ilə kimi azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2021-ci ildə xüsusi əməliyyatla həbs ediliblər. İri həcmli iş üzrə məhkəmə araşdırması da uzun müddət davam edib.

İttihama görə, ölkə daxilində narkotik vasitələrin satışından əldə olunan pul vəsaitlərinin toplanaraq deyilən ünvanlara çatdırılmasına Fərqanə Nağıyeva rəhbərlik edib. Onun həyat yoldaşı Adəm Nağıyev, eləcə də dəstəyə daxil olan daha 18 nəfər - Əli Ağayev, Abbas Məhərrəmov, Naib Abdullayev, Rüzgar Qəribov, Rəhim İbrahimov, Kamil Məmmədov, Əminə Yusifova, Cavid İsmayılov, Məcid Hüseynov, Orxan Cəfərov, Orxan Fərəcli, Yavər Həsənov, Elman Əliyev, Əliqulu Bayramov, Orman Səfərov, Mirsəid Əliyev, Ramiz Nağıyev və Toğrul Əbdüləzimov ölkə ərazisində müxtəlif şəxslərə aid narkotik vasitələrin satışı zamanı istifadə edilən 2 minə yaxın kart hesabı açıblar. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar