Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

16 yaşlı qızın uşağı oldu - 59 yaşlı atası imtina etdi

Tarix: 15-03-2024 22:00     Baxış: 377 A- / A+
Lənkəranda 16 yaşlı qızın hamilə qalması və oğlan uşağı dünyaya gətirməsindən sonra açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlqədə olma) maddəsi ilə açılmış iş üzrə Lənkəran şəhər sakini, 1965-ci il təvəllüdlü Ruslan Hüseynov (ad və soyad şərtidir) təqsirləndirilib.

Aparılan ibtidai istintaq zamanı uşaq dünyaya gətirmiş yetkinlik yaşına çatmayan Fəridə İmanova (ad və soyad şərtidir) qonşuluqda yaşayan Ruslanın ona daim şirnikləndirici sözlər dediyini bildirib. Həmin şəxsin avtomobili ilə Lənkəranda dənizkənarı əraziyə getdiklərini və orada intim münasibətdə olduqlarını deyən qız övladının atasının həmin şəxs olduğunu bildirib.

Evli olan Ruslan Hüseynov isə ifadəsində qonşuluqda yaşayan yeniyetmə qızla seksual xarakterli hərəkətlərə yol verdiyini etiraf etsə də, onunla heç vaxt cinsi əlaqədə olmadığını iddia edib.

Bundan sonra uşaq və Ruslan Hüseynovla bağlı genetik ekspertiza təyin edilib. Ekspertizanın nəticəsinə əsasən, uşağın bioloji atasının 59 yaşlı Ruslan olması dəqiqləşib.

Lənkəran Şəhər Məhkəməsində keçirilən prosesdə Ruslan Hüseynov artıq doğulan uşağa rəsmi atalıq verdiyini bildirib və onun bütün xərclərini öz üzərinə götürdüyünü vurğulayıb.

Zərərçəkmiş tərəf də Ruslanın həbs edilməsini istəmədiyini, onun uşağa atalıq etdiyini və törədilmiş cinayətə görə həmin şəxsi bağışladıqlarını bildiriblər.

Məhkəmənin 4 mart 2024-cü il tarixli hökmü ilə Ruslan Hüseynova 1 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Lakin cəza sınaq müddəti təyin edilməklə şərti hesab edilib. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar