Xəbər lenti
Müəllimini şikəst edən şəxs: “Şeytan məni yoldan çıxardı”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində orta məktəb müəlliminə qarşı quldurluq etməkdə təqsirli bilinən Yevlax rayon sakini Əziz Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Manevr.az xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə prokuror Fariz Rzayev ittiham aktını elan edib.
İttihama görə, ötən ilin sentyabrın 26-da Yasamal rayonunda 173 saylı orta məktəbin qarşısında Bakı şəhər sakini, 1952-ci il təvəllüdlü Nazilə Quliyeva quldurluqla üzləşib.
Naməlum şəxs Nazilə Quliyevaya hücum edərək onun əlindəki çantanı almaq istəyib. Amma Nazilə Quliyeva çantasını ona verməyib.
Bu zaman həmin şəxs Nazilə Quliyevanı yerə yıxaraq əlindəki çantanı alaraq qaçıb. Çantada Nazilə Quliyevaya məxsus telefon, pul və plastik bank kartı olub.
Nazilə Quliyeva həmin vaxt aldığı xəsarətdən xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib və hər iki çanaq sümüyünün sındığı məlum olub.
Nazilə Quliyevanın quldurluqla üzləşməsi ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verilib. Həmin məlumat araşdırılması üçün Yasamal rayon Polis İdarəsinə göndərilib. “Təhlükəsiz Şəhər” kamerasına baxış keçirən polislər cinayəti törədən şəxsi müəyyən edə biliblər.
Müəyyən edilib ki, Nazilə Quliyevaya qarşı dələduzluq edən Əziz Səmədovdur və onun Yevlax rayonunda bacısının evində olması müəyyən edilib.
Polis əməkdaşları Yevlax rayonuna ezam olunub və keçirilən əməliyyat nəticəsində Əziz Səmədovu yaxalaya biliblər.
Əziz Səmədov Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham edilir. Onu da əlavə edək ki, hadisə baş verən vaxt Nazilə Quliyeva orta məktəbdə müəllim işləyirdi.
Ittihama münasibət bildirən Əziz Səmədov özünü qismən təqsirli bilib. O, bildirib ki, quldurluq cinayəti törətməyib: “Mən özümü soyğunçuluqda təqsirli bilirəm. Çünki quldurluq etməmişəm, qadını yerə yıxmamışam və yerdə sürüməmişəm. Mən qadının əlindən çantanı alanda özünü yerə atdı”.
Əziz Səmədov bildirib ki, hadisədən bir gün əvvəl paytaxta qohumunun yas mərasiminə gəlib: “Amma geri qayıtmağa pulum olmadı. Özümü ora-bura vursam da, pul qazanmaq üçün tapmadım. Hadisə baş verən günü səhər saatlarında dayanacaqda dayanmışdım. Bir qadın, onun çiynində də çanta gördüm. Şeytan məni yoldan çıxardı, qadının əlindən çantanı almaq qərarına gəldim. Mən heç vaxt oğurluq edən adam deyiləm. Belə hadisə bilmədən oldu. Şeytana lənət olsun”.
Əziz Səmədov ifadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu bildirib. Daha sonra şahid qismində Nazilə Quliyevanın oğlu Anar Quliyev ifadə verib. O, bildirib ki, anasının quldurluqla üzləşməsi və xəstəxanaya yerləşdirilməsini polisdən eşidib. Onun sözlərinə görə, məlum hadisələrdən sonra anası yeriyə bilmir.
Anar Quliyev bildirib ki, hadisədən sonra Əziz Səmədovun yaxınları onlarla əlaqə saxlamayıb, xəstəxana xərclərini ödəməyiblər.
Bu zaman söz alan Əziz Səmədov Nazilə Quliyevaya qarşı etdiyi hərəkətə görə üzr istədiyini bildirib: “Bu hadisənin baş verməsinə görə xəcalət çəkirəm. Üç övladım var, zərərçəkmiş məni bağışlasın”.
Növbəti proses iyunun 12-də davam edəcək.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar