Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qohumları Əhməddən üz döndərdi: Onunla yalnız bir nəfər maraqlanır - Şok detallar

Tarix: 12-03-2024 10:08     Baxış: 4163 A- / A+

Bakıda ailəsinin 5 üzvünü vəhşicəsinə qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun işində istintaqın hansı istiqamətdə gedəcəyi hələ ki açıq qalır. Xəbər verildiyi kimi, fevralın 22-də məhkəmə onun barəsində tibbi-psixi ekspertizanın keçirilməsi barədə qərar qəbul edib və o, Respublika Psixiatriya Xəstəxanasına köçürülüb, müşahidə altındadır. 
Manevr.az musavat.com-a istinadən bildirir ki, müşahidə əsasında onun anlaqlı olub-olmadığı ilə bağlı 20 gün ərzində rəy hazırlanacağı bildirilmişdi. Martın 13-də müddət bitir. Qərar olacaqmı, yoxsa müşahidə bir müddət də davam edəcək? Nə qədər? 
Əhməd Əhmədovun vəkili Sevdiyar Bayramov deyib ki, müvəkkili barəsində ekspertizanın rəyini gözləyirlər. O, rəyin konkret neçə günə veriləcəyini söyləməyib.

Qeyd edək ki, istintaqı Xətai Rayon Prokurorluğu Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə aparır. Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, qanunvericiliyə əsasən, təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması psixiatriya sahəsində ekspertlərin rəyi əsasında müəyyən olunur.

Xatırladaq ki, Əhməd Əhmədov ilkin ifadəsində törətdiyi qətli heç bir tərəddüd etmədən boynuna alıb. O, törətdiyi qətllərin ardıcıllığını dəqiq təsvir edib və bunu öncədən planlaşdırdığını bildirib. Əhməd Əhmədov ifadə verərkən istintaqçıların suallarını da olduqca aqressiv şəkildə cavablandırıb. "Ailə üzvlərini niyə öldürmüsən" sualına cavabda isə Əhməd Əhmədov "Ailəmi öldürdüm, çünki belə lazım idi" söyləyib.

Hazırda Psixiatriya Xəstəxanasında olan Əhməd Əhmədovun psixi durumu haqqında ziddiyyətli məlumatlar var. Onun bu qətli həyata keçirərkən anlaqlı olub-olmadığı yekun ekspert rəyindən sonra bilinəcək. Əhməd Əhmədovun dindirilməsində iştirak edən hüquq-mühafizə orqanı əməkdaşları, təcrübəli hüquqşünaslar söyləyirlər ki, Ə.Əhmədovun qətli anlaqsız vəziyyətdə törətməsinə hamısında şübhələr yaranıb. Belə ki, o, affekt vəziyyətdə olsaydı, ardıcıllıqla ailəsinin üzvlərini yox, yolda-izdə gördüyü insanları öldürə bilərdi. Amma o, şüurlu şəkildə ailə üzvlərini öldürüb və anasını evə çağırması, sonra bacısının evinə getməsi onun anlaqlı olduğunu göstərir.

Ekspertiza onun cinayət törətdiyi zaman anlaqlı olmadığı haqda rəy verərsə, sonrası necə olacaq? 
 "Bakı" Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov deyib ki, ekspertiza Əhməd Əhmədovun anlaqlı olmadığını müəyyən edərsə, hadisəni affekt vəziyyətində törətdiyini təsdiqləyərsə, bu halda onun barəsində məcburi müalicə qərarı veriləcək: "Əhməd Əhmədovun hadisədən sonra istintaqa verdiyi və ictimailəşən ifadəsi doğrudursa, belə nəticə hasil olur ki, o, törətdiyi əməldən peşman deyil. Bu məqamı onun psixi durumunun o qədər də uyğun olmadığı kimi qiymətləndirmək olar. Belə qanlı cinayəti törətmiş şəxs məntiqlə əməlini təkzib etməli və ya əməlinə haqq qazandırmaq üçün bir bəhanə uydurub deməlidir. Əhməd Əhmədov isə sakitcə cinayətini etiraf edir. 

Onun psixi durumunun ən azı hadisəni törədərkən normal olmasını deməyə əsas verən məqam var və mətbuatda da bu haqda kifayət qədər yazılıb. Əhməd Əhmədov ayrı-ayrı ünvanlarda yaşayan 5 nəfəri bir neçə saat içində öldürüb. Cinayət törətmək üçün mağazadan kəsici-deşici alətlər alıb. Yəni cinayəti planlı şəkildə törədib. Bu, onu deməyə əsas verir ki, Əhməd Əhmədovun psixi sağlamlığında problemlər olsa da, psixi sağlığı tam olaraq sual altında deyil. Hər halda, Əhməd Əhmədovuun psixi sağlamlığı ilə bağlı birmənalı olaraq fikir söyləmək çətindir. İndiki halda məhkəmə ekspertizasının rəyini gözləmək lazımdır"... 

Hazırda Əhməd Əhmədovu qohumlarından heç kim axtarmır. Ona dövlət tərəfindən təyin edilmiş vəkil hüquqi xidmət göstərir. Bundan sonrakı istintaq hərəkətləri zamanı vəkil onu müşayiət edəcək. İstintaq zamanı Əhməd Əhmədov qətllərlə bağlı detalları danışmayıb. Suallara isə lakonik, amma əsəbi cavablar verməklə kifayətlənib. "Balta ilə, bıçaqla vurmuşam" deyərək, əlavə təfərrüat da verməyib. Cinayət alətləri olan bıçaq və baltanı isə atasının yaşadığı evin altındakı mağazadan satın alıb. Hazırda istintaq davam edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar