Xəbər lenti
SSRİ-də edam edilən yeganə uşaq: Niyə ölümə məhkum edildi?
Leninqradda (hazırda Sankt-Peterburq adlanır) 15 yaşlı Arkadi Neyland SSRİ-də ölüm cəzasına məhkum edilmiş yeganə yeniyetmədir. Bu hökm 1964-cü il martın 24-də məhkəmə tərəfindən çıxarılıb. Üstəlik, yeniyetməni dərhal edam etmək mümkün olmayıb, hökm yalnız həmin ilin avqustunda həyata keçirilib.
Manevr.az musavat.com-a istinadən Neylandın hansı cinayətlərə görə belə bir cəza alması barədə "REN TV"nin məqaləsini təqdim edir:
Arkadi Neyland 28 yanvar 1949-cu ildə Leninqradda mexanik və tibb bacısı ailəsində anadan olub. Ondan əlavə, valideynlər daha üç uşaq böyüdürdülər. Ailə bir otaqlı mənzildə yaşayırdı. Ailədə normal gəlir olmadığından uşaqlar çox vaxt ac qalır, valideynlər isə əllərində olan qəpik-quruşları içkiyə xərcləyirdilər.
Arkadi 12 yaşında olanda oğurluğa görə məktəbdən qovulur. Anası onu internat məktəbinə göndərsə də, o, oradan da qaçır. Valideynlər Arkadini işə düzəldir, oğurluq səbəbindən bu, uzun sürmür.

Belə ki, Arkadi yoldan keçənləri qarət edir, dostları ilə birlikdə başqalarının mənzillərinə girir. 1964-cü il yanvarın 24-də onun dostu polis tərəfindən saxlanılaraq dindirilmək üçün şöbəyə aparılır. Ancaq Arkadi qaçmağı bacarır. Məhz bundan sonra o, intiqam üçün dəhşətli qətl törətməyə qərar verir. Arkadi bunun üçün ilk quldurluğunu etdiyi Sestroretskaya küçəsindəki 3 nömrəli evi seçir. Neyland kağız tullantılarını toplayırmış kimi davranaraq bütün mənzilləri gəzir və soymaq qərarına gəldiyi mənzilə baxır. Yanvarın 27-də (15 yaşı tamam olmamışdan bir gün əvvəl) Arkadi evdən balta götürərək Sestroretskayaya gedir. 9 saylı mənzilə zəng edərək özünü poçtalyon kimi təqdim edir. Ev sahibi Lyudmila Kupreeva yeniyetməni dəhlizə buraxır. O, evdə qadın və üç yaşlı oğlundan başqa heç kimin olmadığına əmin olur, radionu tam səslə açaraq mənzil sahibinə hücum edir. Yeniyetmə qadına balta ilə 15 zərbə vuraraq qətlə yetirir. Daha sonra Arkadi izi itirmək üçün körpəni də öldürür.
Bundan sonra Neyland mənzildə axtarış aparır, lakin qadının çox da zəngin olmadığı məlum olur. Mənzildə yalnız qızıl-zinət əşyaları və “Zorkiy” fotoaparatı olur. O, bundan istifadə edərək qətlə yetirdiyi qadının çılpaq pozalarda bir neçə fotoşəkilini çəkir və satmağı planlaşdırır.
Gedəndə isə izi itirmək üçün taxta döşəməni yandırır. Yanğınsöndürənlər məharətlə davranaraq, cinayətkarın barmaq izlərini qoruya bilir. Bundan başqa balkonda gizlədilmiş balta da tapılır.

Arkadi yanvarın 30-da Suxumidə saxlanılır. Yeniyetmə öz günahını inkar etmir. Çünki cinayəti törədən zaman o, hələ 14 yaşında idi (SSRİ-də ölüm cəzası yalnız 18 yaşı tamam olanlara tətbiq olunurdu). Neyland müstəntiqlərə törətdiyi dəhşətli cinayətin bütün təfərrüatlarını danışır.
Dəhşətli qətl bütün Sovet İttifaqını qəzəbləndirir. Nəticədə, 1964-cü il fevralın 17-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti yetkinlik yaşına çatmayanların edam edilməsinə icazə verən qərar qəbul edir. 1964-cü il martın 23-də məhkəmə onu ölüm cəzasına məhkum edir. 1964-cü il avqustun 11-də Leninqradda 15 yaşlı yeniyetmə güllələnir.
Arkadi Neyland SSRİ-də edam edilən yeganə yeniyetmə idi. Sovet İttifaqının mövcud olduğu bütün illərdə yetkinlik yaşına çatmayanların heç biri eyni cəza ilə cinayət törətməyib.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar