Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

İnanılmaz: Restoranda müştərilər qan qusdu

Tarix: 07-03-2024 08:11     Baxış: 4139 A- / A+
Hindistanın şimalındakı Quruqram şəhərindəki bir restoran şəkər və ədviyyatlardan hazırlanmış ağız təravətləndiricisinə quru buz qataraq müştərilərə təqdim edib.

Qarışığı qəbul edən beş nəfərin ağızından qan axmağa və qusmağa başlayıblar.

İddialara görə, restoranda bir qrup müştəriyə şəkər və ədviyyatlı ağız təravətləndiricisi qatılmış quru buz təqdim edilib.

Şənbə günü, martın 2-də baş verən hadisədən sonra bütün müştərilər xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilən müştərilərdən ikisinin vəziyyətinin ağır olduğu açıqlanıb.

Restoran müdiri “xəsarət və zəhərlənmə” ittihamı ilə həbs edilib.

Hindistan polisi müştərilərə verilən qarışığın tərkibində müvəqqəti soyutma üçün istifadə edilən karbon dioksidin bərk forması olan quru buz olduğunu bildirib.

Ağız təravətləndiricisi ənənəvi olaraq bəzi hind restoranlarında yeməkdən sonra verilir. Ənənəyə riayət etmək istəyən müştərilər axşam yeməyindən sonra ofisiantın təqdim etdiyi ağız təravətləndiricisindən istifadə edirdilər.

Spreydən istifadə etdikdən sonra müştərilərin ağızları yanmağa və qanamağa başlayıb, bəziləri isə qusub.

Sosial mediada sürətlə yayılan görüntülərdə müştərilərin ağrıdan qışqırdığı, bəzilərinin yanma hissindən xilas olmaq üçün ağızlarına buz qoyaraq su içdiyi görülüb.

Müştərilər ifadələrində restoran işçisinin onlara kömək etmədiyini bildiriblər.

Restoran sahibinin axtarışları davam edir. lent.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar