Xəbər lenti
Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı

Bakı-Qazax magistral yolunda ağır yol qəzası baş verib.
Manevr.az bildirir ki, qəza magistral yolun Goranboy rayonun Dəliməmmədli qəsəbəsindən keçən ərazisində baş verib.
İlkin məlumata əsasən, “ VAZ 2106” və “VAZ-21015” markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər yaralanıb.
Yol qəzasında yaralananların kimliyi məlum olub.
Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Əliyev Vüqarın idarə etdiyi “VAZ 21015” markalı avtomobillə 1982-ci il təvəllüdlü, Goranboy rayonu, Qaradağlı kənd sakini Mövlayev Borisin idarə etdiyi “VAZ 2106” markalı avtomobil toqquşub.
Qəza nəticəsində hər iki sürücü, həmçinin “VAZ 2106”-da olan sərnişinlər, Qaradağlı kənd sakinləri, 1985-ci il təvəllüdlü Mövlayeva Sveta, 2006-ci il təvəllüdlü Mövlayeva Əfsanə, 2009-cu il təvəllüdlü Mövlayeva Aysel və 1985-ci il təvəllüdlü Cəfərov Mürvət müxtəlif dərəcəli xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.
Mövlayeva Əfsanə və Mövlayeva Ayselin vəziyyəti normal, digərlərinin ki orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.apa
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































