Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Prokuror "Nikosayağı"ya 6 il cəza istədi: "Məhkəmə zalından həbs edilsin"

Tarix: 29-02-2024 10:30     Baxış: 475 A- / A+


Prokuror "Nikosayağı"ya 6 il cəza istədi:  "Məhkəmə zalından həbs edilsin"
"Nikosayağı” ləqəbi ilə tanınan bloqqer Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Manevr.az lent.az-a istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi keçirilən prosesdə şahid ifadələri alınıb.
Şahid Rais Qocayev bildirib ki, hadisə günü Bakıdan Gəncəyə qayıdırmış:

"Kia Rio markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul oluram. Bərdə-Bakı arasında sərnişinləri gətirib aparıram. Elə həmin gün Bərdədən Bakıya axırıncı müştərini airoporta aparıb düşürdüm. Gecə saatları idi. Dəqiq vaxt yadımda qalmayıb. Təxminən 1 kimi airoport istiqamətindən geri qayıdırdım. Maşınla 70/80 km/saat sürətlə hərəkət edirdim. Arxadan səs gəldi. Yolda maşınların saxlayıb qəza olan tərəfə qaçdığını gördüm. Hadisə anını görməmişəm amma".
Rais Qocayevin istintaqdakı ifadəsi elan olunub. 
Digər şahid Gürcüstan vətəndaşı olduğu və orada yaşadığı üçün onun məhkəmə prosesində iştirakı mümkün olmayıb.
Həmin şahid istintaqa verdiyi ifadəsini təsdiq edib. Xahiş edib ki, məhkəmə iclası onun iştirakı olmadan keçirilsin. 
Təqsirləndirilən şəxs Nicat Şakirlinin vəkili və prokuror şahidin məhkəməyə gətirilməsini istəyib. Məhkəmənin qərarı ilə həmin şahid Ramiz Ayvazovun istintaqdakı ifadəsi elan olunub:
“Gürcüstandan Bakıya yük gətirirdim. Tırdakı yükü boşaltdıqdan sonra xəritə ilə tır parkına gedirdim. Normalda tırı 50-60 km/saatda idarə edirəm. Heydər Əliyev prospektində tunelə yaxınlaşdıqda sürətimi azaltdım. Tırın sürətini 30 km/saata saldım. Çünki, tırın üstünün tünelin körpüsünə dəyməsin deyə yavaş-yavaş keçdim. 
Qəfil arxadan yüksək səs eşitdim. Elə bildim ki, maşının arxası körpüyə deyib. 
Düşüb baxanda gördüm ki, "Porsche" markalı avtomobil tırın altına girib. Şoka girdim. Sonradan öyrəndim ki, həmin maşında Ruslan Məmmədov həyatını itirib. Sürücü isə xəstəxanaya yerləşdirilib".
Prokuror hakimdən hadisə nəticəsində vəfat etmiş Ruslan Məmmədovun hüquqi varisinin istintaqdakı ifadəsi elan edilməsini istəyib.
Hakim Samir Əliyev sənədlərin tədqiqi mərhələsinə başlayıb. Hakim tibbi-ekspertiza rəylərini elan edib. Daha sonra, məhkəmə istintaqının yekunlaşdığını bildirib. Prokuror çıxış edib. 
Dövlət ittihamçısı Nicat Şakirlinin 6 il azadlıqdan məhrum edilməsini istəyib. Onun məhkəmə zalında həbsi tələb edilib.
Qeyd edək ki, hadisə ötən il avqustun 15-də Nərimanov rayonu, Heydər Əliyev prospektində qeydə alınıb. Nicat Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində blogerin avtomobildə olan dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin qolu amputasiya edilib.
Bloqqerə Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar