Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sərnişinə "səni Kanadaya qaçıracam" deyən taksi sürücüsü HƏBS EDİLDİ

Tarix: 28-02-2024 23:06     Baxış: 399 A- / A+
Bakıda xanım müştərisini evlənmək məqsədi ilə Kanadaya qaçıracağını deyən taksi sürücüsü həbs edilib.

Məlumata görə, bir neçə gün əvvəl sifarişlə çağırdığı taksiyə əyləşən Arifə Həsənova (ad-soyad şərti) ona qarşı qeyri-etik ifadələr işlədən sürücü barəsində polisə şikayət edib.

Xanım sərnişinin şikayəti əsasında taksi sürücüsü saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilərək iş məhkəməyə göndərilib.

Məhkəmədə zərərçəkmiş şəxs Arifə Həsənova bildirib ki, hazırlıqdan çıxıb evə getmək üçün nənəsi taksi çağırıb. Taksi sürücüsü Zamin Kamilov (ad-soyad şərti) Arifədən əvvəlcə nənəsinin "yeraz" olduğunu soruşub, özünün də anasının və keçmiş arvadının "yeraz" olduğunu deyib.

Daha sonra bir qədər də irəli gedərək, ona evlənmək təklifini edib. "Səni mənə versələr, evlənərəm" deyib. Zamin Kamilov gələcəkdə Kanadaya yerləşəcəyini və onu da özüylə qaçıracağını deyib. Taksi sürücüsü həmçinin bilərək yolu uzadıb.

Zamin Kamilov isə Arifə Həsənova ilə aralarında normal tərzdə söhbət olduğunu, ona heç bir əxlaqsız təklif etmədiyini bildirib. Onunla sadəcə zarafat etdiyini bildirib və bunun da səhv hərəkət olduğunu etiraf edib.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 15 gün müddətinə inzibati qaydada həbs edilib. qaynarinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar