Xəbər lenti
Tərtərdə su borcuna görə mübahisə ölümlə bitdi - Şəkillər

Fevralın 26-də saat 19 radələrində Tərtər rayonu Buruc kəndi ərazisində 43 yaşlı Şəmilov Elburus Cəbrayıl oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 53 yaşlı Hüseynov Muradxan İsa oğlu saxlanılıb.
Hadisə zamanı qətlə yetirilən 43 yaşlı Şəmilov Elburus Cəbrayıl oğlu rayonun Suvarma sistemleri idarəsinin işçisi olub. Bu gün zərərçəkən Buruc kəndi ərazisində əkin sahələrinə görə pulu yığan zaman 53yaşlı Hüseynov Muradxan İsa oğlu ilə mübahisə edib.
Muradxan Hüseynov pulu olmadığını və əkin sahəsinə görə suyun ödənişini edə bilməyəcəyini bildirib. Bu zaman tərəflər arasında söyüş üstündə mübahisə yaranıb. Muradxan Hüseynov Elbrus Şəmilovu kəsici alətlə qətlə yetirib.
Hadisəni törədən şəxs tutulub, faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.
Onu da qeyd edək ki, qətlə yetirilən Elburus Şəmilov barəsində cinayət işi olub və hazırda məhkəmənin icraatında imiş.
Araşdırma aparılır.
Manevr.az




Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar