Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
20-09-2026
BÜTÜN XƏBƏRLƏR

Qadın meyitxanada dirildi, sonra görün nə baş verdi

Tarix: 26-02-2024 08:46     Baxış: 3464 A- / A+
Qvatemala şəhərindəki San-Xuan-d- Dios xəstəxanasının rəhbərliyi bir xəstənin meyitxanada "həyata qayıtmasından" sonra daxili araşdırma əmri verib.

Təfərrüatları açıqlanmayan qadın meyitxanada 5 saat qalıb və işçilər onun sağ olduğunu fərq ediblər.

Xəstəxananın mətbuat xidmətindən bildirilib ki, qadın xəstəxanaya qeyri-stabil vəziyyətdə və ölüm ərəfəsində təxliyə edilib. O, qidalanma və qıcolmalardan əziyyət çəkib və əvvəllər serebral iflic diaqnozu qoyulub. Növbətçi həkimlər onu monitora qoşub və tezliklə nəfəsinin dayandığını müəyyən ediblər. "30 dəqiqəlik reanimasiyadan sonra həkimlər onun öldüyünü elan ediblər və o, prosedura uyğun olaraq meyitxanaya köçürülüb", - xəstəxanadan bildirilib.

İstintaqın ilkin nəticələrinə görə, patoloqlar qadının hələ də hərəkətdə olduğunu görüb “meyit”i əməliyyat otağına qaytarıblar. Həkimlər ona yenidən süni tənəffüs versələr də, nəticəsi olmayıb. Beləliklə, həkimlər həmin gün xəstənin ölümünü ikinci dəfə - bu dəfə də etibarlı şəkildə təsdiqləyiblər. Xəstəxana hadisədən təəssüfləndiyini bildirib və qadının ailə üzvlərinə üzrxahlıq məktubu göndərib.
Bu hadisə paytaxt sakinlərinin qəzəbinə səbəb olub, onların çoxu şəhərin səhiyyəsinin vəziyyətindən dəhşətə gəlib. lent.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar