Xəbər lenti
Arvadını zəncirləyərək sürüyüb...

O, Cinayət Məcəlləsinin 126.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma və xüsusi amansızlıqla sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham edilib.
Bildirilib ki, Əliqismət Bakıda tanış olduğu Ucar rayon sakini, iki uşaq anası olan Ləman Qasımlı (şərti) ilə birgə işləməyə və yaşamağa başlayıb. Daha sonra onlar Yardımlının kəndlərindən birinə köçüblər. 26 may 2023-cü il tarixdə Əliqismət sərxoş halda arvadına ağır xəsarətlər yetirib. Belə ki, Ləmanın Ucara getmək istəməsini öyrənən şəxs onu amansızlıqla döyüb, daha sonra boğazına it üçün nəzərdə tutulmuş zənciri bağlayaraq sürüyüb. Qadın çoxsaylı xəsarətlərlə əvvəlcə Yardımlıdakı xəstəxanaya yerləşdirilib. Lakin vəziyyəti ağır olduğundan Bakıya köçürülüb.
Bundan başqa, Əliqismətin həmin hadisədən 2 ay əvvəl Bakıda işlədiyi yerdə bacısına hücum edərək ona da xəsarətlər yetirməsi məlum olub.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1 neçə gün əvvəl çıxardığı hökmlə Əliqismət Qasımova 6 il 6 ay həbs cəzası verilib. qafqazinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar