Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
20-09-2026
BÜTÜN XƏBƏRLƏR

Mariya Stadniki kim və niyə dişləyib?

Tarix: 16-02-2024 18:17     Baxış: 4184 A- / A+



Azərbaycan güləşçisi Mariya Stadniklə türkiyəli Evin Demirhan arasında yaşanan narazılığın təfərrüatı bəlli olub.
Manevr.az bildirir ki, bunu idman.biz-ə  açıqlamasında 10 qat Avropa çempionumuz açıqlayıb.
Stadnik Rumıniyanın paytaxtı Buxarestdə keçirilən qitə çempionatının finalında baş verənlərə aydınlıq gətirib. Mariya həlledici qarşılaşmadakı rəqibinin onu dişlədiyini bildirib: "Türkiyəli idmançı ilə finalda onu fəndlə atanda məni dişlədi. Bunun təsadüf olduğunu düşündüm. Amma fəndi bitirdikdən sonra gördüm ki, dişlərini mənim dərimdən bir parça qoparacaq kimi sıxıb. Çünki dişlərini buraxmırdı".
Stadnik finaldan sonra onunla görüşməyən türkiyəlinin sonradan peşman olduğunu da açıqlayıb: "Ona dedim ki, belə olmaz, təsadüfən alınar, amma belə yox. Onun emosiyalarını başa düşürəm. Adam uduzanda, amma yenə də... Qabırğamda çapıq qalıb. Onunla söhbət etdik, yaxşı qızdır, başa düşdü və üzr istədi. Emosiyalarda olduğunu bildirdi".
Qeyd edək ki, Mariya rəqibinə 10:0 hesabı ilə qalib gəlib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar