Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

“Azəriqaz”ın əməkdaşına xəsarət yetirildi - Şəkil

Tarix: 13-02-2024 17:04     Baxış: 3267 A- / A+


Bakıda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qazın Satışı Departamentinin nəzarətçisi Adil Aslanova (Ad və soyad əməkdaşın öz istəyi ilə şərti verilib) xəsarət yetirilib.
Manevr.az bu barədə "Azəriqaz"a istinadən xəbər verir.
Məlumata görə, hadisə ötən gün saat 15:30 radələrində baş verib. "Azəriqaz"ın əməkdaşları paytaxtın Nəsimi rayonunun M.Mirqasımov, S.Rüstəmov və İ.Qasımov küçələrinin kəsişməsində 7 saylı binanın 13-cü mənzilində texniki baxış keçirmək istəyiblər. Onlar mənzilə ev sahibi Zahidxan Məmmədovun icazəsi ilə daxil olsa da, vətəndaşın oğlu əməkdaşlara qarşı aqressiv davranış sərgiləyib və fiziki gücdən istifadə edib. Nəticədə A.Aslanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı hadisə yerindən həm təcili tibbi yardım xidmətinə, həm də Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat verilib. Nəsimi Rayon Polis Şöbəsinin əməkdaşları hadisəni törədən şəxsi polis bölməsinə aparıb. Məsələ ilə bağlı ekspertizanın nəticələri əsasında zəruri istintaq tədbirləri görüləcək
Təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılan əməkdaşa sağ ayaq barmağının qırılması diaqnozu qoyulub. Ayağına gips qoyulan A.Aslanov stasionar müalicə üçün evə buraxılıb.

Manevr.az








Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar