Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı Rusiyada kişini diri-diri basdırdı

Tarix: 03-06-2017 12:20     Baxış: 1259 A- / A+
Azərbaycanlı Rusiyada kişini diri-diri basdırdı

Rusiyada Moskva vilayətinin Lyuberetskiy rayonunda şantaj yoluyla 30 milyon rubl tələb etməklə adamı qəbiristanlıqda diri-diri torpağa basdırıblar. Cinayətkar dəstənin üzvü, Azərbaycan vətəndaşı polis tərəfindən saxlanılıb.

Manevr.az xəbər verir ki, bu barədə Rusiya DİN-in Moskva idarəsindən bildiriblər.
Polisin məlumatına görə, cinayət iyunun 1-də Lyubertsı yaşayış məntəqisində baş verib.
Şantajçılar kişi ilə İlovayskaya küçəsindəki kafedə görüşüb. Orada onlar zərərçəkəndən 1,5 milyon rubl tələb edib, amma tədricən məbləği 30 milyona qədər artırıblar. İstədiklərini ala bilməyən naməlum şəxslər kişini qəbiristanlığa aparıblar və fiziki təzyiq göstəməklə, işgəncəylə ondan pul "qoparmağa" çalışıblar.

Məqsədlərinə çatmaq üçün dəstə üzvləri hətta zərərçəkəni diri-diri torpağa da basdırıb. Ardından onu ordan çıxararaq qohumlarına zəng etməyə məcbur ediblər. Nəticədə zərərçəkənin qohumları qaçırılan şəxsin sağ qalması üçün azı 1 milyon rubl və avtomobil verib.

Hazırda zərərçəkən çoxsaylı qırıq və travmalarla, o cümlədən qabırğalarının sınması və ağciyərinin cırılması diaqnozu ilə xəstəxanadadır.
Hücum və külli miqdarda pul tələb etmək faktıyla bağlı Rusiya Cinayət Məcəlləsinin 163-cü maddəsi üzrə cinayət işi açılıb.
Şübhəlilərdən biri artıq saxlanılıb və dindirilib. Digərləri axtarışdadır.report

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar